Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dilleri kesilir, boğazlarına qamış soxulur, cinsiyyet orqanları tikilir – Dehşetli ayinler 

27 Ağustos 2016

2:28 pm


27/08/2016 [18:27]: xeber –
sayt bir çox qəbilə və tayfalarda mövcud olan və olmuş qeyri-adi, qəribə ayinləri, adətləri təqdim edilir. Cənubi Afrikada yaşayan Xhosa qəbiləsində yetkinliyə keçməyin yeganə yolu sünnət olmaqdır.Braziliyada yerləşən Matis qəbiləsində gənc kişilər görmə qabiliyyətlərini artırmaq üçün gözlərinə zəhər tökdükdən sonra ova çıxmaq məcburiyyətindədir.Afrika, Orta Şərq və Asiyanın bəzi bölgələrində yetkinlik yaşına çatmış qızların cinsəl həyat yaşamasının  qarşısını almaq üçün klitoris dodaqları bir-birinə tikilir. Bunun olduqca təhlükəli bir ayin olduğu deyilir.Nigeriyada yaşayan Okrika qəbiləsinin inancına görə, qəbilədə olan qadınlar uşaqlıq çağlarında su ruhları ilə bir növ romantik əlaqədə olmalıdır. Bundan sonra uşaqlıqlarını tamamlayıb qadınlığa addım atmış sayılırlar. Bu məqsədlə  qəbilədən bir kişinin gəlib onları xilas edənə qədər, qızlar günlərlə çayın suyunda qalıb həyat mübarizəsi aparırlar.Bir kişi olaraq qəbul olunmaq istəyən hər bir Mandan gənci 4 gün boyunca heç yatmadan oruc tutmaq məcburiyyətindədir. 4 gündən sonra gənclərin döşlərinə şiş sancır, daha sonra tavana asırlar. Bu müddət ərzində onlar gülmsəməyə məcburdular. Müddətin bitməsi üçün isə tavandan asılmış gəncin  huşunu itirməsi lazımdır. Ən son mərhələdə isə gəncin çeçələ barmağı kəsilir və niyyət edilərək Tanrılara hədiyyə edilir.Matusa qəbiləsinin böyükləri, gənclərin ruhunda olan və onların saflığını pozan pis ruhları təmizləmək məqsədilə olduqca maraqlı bir ayin həyata keçirir. Bu prosesin digər bir məqsədi də gənclərin əsl döyüşçü olmasına yardım etməkdir. Bu ayin zamanı taxta qamışlar gənclərin boğazına yerləşdirilir və gənclər qusana qədər orada saxlanılır. Daha sonra, qamışlar gənclərin burun deşiklərinə soxulur və gənclərin dilləri kəsilir. Yetərli  miqdarda qan töküldükdən sonra gənclərin ruhunun təmizlənmiş hesab edilir.Antik Yunan cəmiyyətində gənc bir oğlanla qoca bir kişinin homoseksual münasibəti hər kəsin gözü qarşısında təsdiq edilirdi.  Bu əlaqənin təsdiq olunması həmin gəncin hərbi karyeraya hazır olduğunu da göstərirdi.Fulalı qadınların üzlərində mütləq döymə olmalıdır. Keniyada yaşayan Okiek qəbiləsinin gənc uşaqları əvvəl sünnət edilir və sonra yaşlıların girmədiyi bir sahəyə aparılır. Bu sahədə gənclər gildən istifadə edərək öz rəsmlərini hazırlayırlar və mifoloji olaraq olduqca məşhur olan bir məxluq tərəfindən lənətlənirlər. Qəbilə kəndinə qayıdan gənclər artıq bir yetkin kimi qəbul edilir.Sambian qəbiləsində olduqca maraqlı bir “təmizləmə” ənənəsi həyata keçirilir. 7 yaşına çatan oğlan uşaqlarını analarından alıb, yalnız yetkin kişilərin olduğu bir çadıra yerləşdirirlər. Bu uşaqlar 10 yaşına gələndə isə burunları qanadılır, qusmağa və sperma içməyə məcbur edilirlər. Beləliklə, qəlblərindəki pisliklərin təmizlənməsinə və yetkinlik yaşına çatdıqlarına inanılır.Bu proses əslində dünyanın hər yerində tətbiq olunur, amma daha çox Papua Yeni Qvineyada olan Sepi Çay qəbilələrində dəriləri üzülən cavanlar kişiliyə salam verir. Bu mərasim zamanı qəbilənin yaşlı üzvləri bir ülgüclə gənclərin dərisini timsahın dərisinə bənzəyəcək şəkildə kəsir və beləliklə gənclər kişiliyə addım atmış hesab olunur.Mentavai adalarında yaşayan yerli əhalinin dişləri itilənir. Bu qəbilələrin inancına görə, əgər bir insan öz fiziki görünüşünü bəyənmirsə, bu insanın ölməsi an məsələsidir. Bu səbəblə, fiziki görünüşünü bəyənməyən qadınların dişləri itilənir, bununla da daha gözəl bir görüntü əldə etməsi təmin olunur.Amazonun şimal-qərbində yaşayan Ticuna xalqı qəbilədə olan hər bir gənc qız üçün qadınlığa xoş gəldin mövzulu bir mərasim həyata keçirir. Qızların bu mərasimə alınması üçün analıq hallarının  başlaması lazımdır. İlk olaraq, gənc qızlar kiçik bir otağa salınır və aylarla orada qalırlar. Sonra özləri qəbilə kəndinə qayıdırlar. İnanca görə, bu otaqdakı qızlar yeraltına gedir, orada ruhlarını təmizləyir və gerçək bir qadın kimi geri dönürlər.Şimali Amerika qitəsində yaşayan yerli əhali həyatdakı məqsədlərinə çatmaq üçün gənc kişiləri təbiətə göndərirlər. Təbiətə göndərilən kişilər bir neçə gün orada qalır və həyatdakı məqsədlərini düşünürlər. Özlərinə bir məqsəd düşündükdən sonra geri qayıdırlar.Avstraliyada yaşayan aborigenlər gənc kişilərin yetişkinliyə hazır olub-olmadığını test etmək üçün gəncləri 6 ay ərzində vəhşi təbiətə buraxırlar.Afrikada yaşayan bir icma olan fulaların yetkinliyə addım atan yeniyetmələr üçün təşkil etdiyi bir qamçı müsabiqəsi var. Əsl kişi olduğunu sübut etmək istəyən fulalı gənclər başqa qəbilələrdən həmyaşıdları ilə qamçılama müsabiqəsinə qatılırlar. Əsas qayda o olur ki, uşaqlar heç bir şəkildə qorxu əlaməti göstərməməlidir. Müsabiqənin sonunda kimin qələbə çalmasına  döyüşü izləyən qəbilə üzvləri qərar verir.Efiopiyada olan Hamar qəbiləsində əgər bir nəfər evlənmək istəyirsə, inəklərin üzərindən  keçilən maraqlı bir mərasimə qatılmaq məcburiyyətindədir. Braziliyada, Amazon meşələrinin dərinliklərində yaşayan Satere-Mawe qəbiləsində yetkinliyə addım atmaq istəyən hər bir yeniyetmə sancması olduqca acı verici olan qarışqaların doldurulduğu əlcəkləri geyinmək məcburiyyətindədir.Zəhra 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler