Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Diller Universitetinde yeni teyinat

23 Eylül 2016

11:20 am


23/09/2016 [15:19]: xeber –
Belə ki, Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarovun 19 sentyabr 2016-cı il tarixində imzaladığı müvafiq əmrinə əsasən Nazirliyin Lisenziyalaşdırma və akkreditasiya sektorunun baş məsləhətçisi Əfqan Abdullayev Azərbaycan Dillər Universitetinin Tədris işləri üzrə prorektoru vəzifəsinə təyin edilib.Bu gün Nazirliyin aparat rəhbərinin müavini Yaqub Piriyev yeni təyin olunmuş prorektoru universitet kollektivinə təqdim edib.Qeyd edək ki, Əfqan Əli oğlu Abdullayev Azərbaycan dilçiliyinin yeni nəslinə aiddir. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini və aspiranturasını bitirib. Həmin İnstitutda Laboratoriya müdiri, İngilis dilinin qrammatikası kafedrasında müəllim, Xəzər Universitetində kafedra müdiri, Humanitar fakültənin dekanı işləyib. 1993-2005-ci illərdə ABŞ-da magistratura, həmçinin doktorantura təhsili alıb, Ph.D. pilləsini tamamlayıb, magistr elmi dərəcəsinə layiq görülüb. ABŞ Dövlət Departamentinin, Avropa İttifaqının, Almaniya Xarici İşlər Nazirliyinin 20-dən çox qrantının mükafatçısıdır. 1996-cı ildə namizədlik, 2001-ci ildə doktorluq elmi dərəcələrini alıb. 105-dən çox elmi məqalənin, 6 kitabın (3 kitab xaricdə nəşr olunub) müəllifidir. 2001-ci ildən Xəzər Universitetinin, 2002-ci ildən isə Azərbaycan Dillər Universitetinin professorudur. ABŞ, Türkiyə, Polşa, Rumıniya, İran, Rusiya, İngiltərə, Almaniya, Macarıstan, İspaniyada müxtəlif beynəlxalq konfranslarda məruzələrlə çıxış edib. 2003-cü ildən 2014-cü ilə kimi Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsində dekan vəzifəsində çalışan Əfqan Abdullayev Təhsil Nazirliyində Lisenziyalaşdırma və akkreditasiya sektorunun baş məsləhətçisi kimi, son dövrlərdə isə Elm, ali və orta ixtisas təhsili şöbəsində fəaliyyət göstərib.  


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler