Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dilençileri ayıran cadar…

24 Haziran 2016

1:04 pm


24/06/2016 [17:03]: xeber –
 Səkinin bu tayında cadar-cadar olmuş əllərini uzadan yaşlı qadın əlil olan körpəsi üçün pul dilənirdi. Digər tərəfdə isə gənc bir qız barmaqlarının onunda da qızıl üzük, əynində bahalı paltarlar olan cavan bir oğlana yalvarırdı. Qız oğlana onu bağışlaması üçün dil tökürdü, hətta diz çökürdü. Oğlanın bahalı maşını sərnişinlərin yolunu kəsmişdi. Amma zavallı qızcığaz bunun fərqində deyildi. O, yaxınlıqdan ötüb-keçən yad adamların qınaq dolu baxışlarına da əhəmiyyət vermirdi. Başa düşürdü ki, bu gün diz çöküb ağlamasa, bir müddət sonra onun da axırı digər səkidə dilənən qarı kimi olacaqdı. Hər şeyi əlindən alınan, doğma kəndlərinə qayıtmağa üzü olmayan savadsız bir qızın aqibəti başqa necə ola bilər ki? Tale onu ya dilənçiyə, ya da əxlaqsızlıq yuvalarından birinin daimi sakininə çevirəcəkdi. Hər halda ona belə gəlirdi…Zəhmətdən qaçıb asan yolla pul qazanmağın yolunu çoxdan tapmışdı bu qız. Amma bunun nə qədər davam edəcəyini demək çətindir. Bəlkə də bir gün töhməti deyil, zəhməti seçəcək. Bəlkə də nə vaxtsa alçalmaqdan bezib halal zəhməti ilə dolanmağa qərar verəcək. Axı, vicdanın cadar-cadar olmağındansa, əllərin cadar-cadar olmağı daha yaxşıdır. Hələlik isə bu barədə düşünmür. Güc verdiyi göz yaşlarının onu müvəqqəti də olsa, xilas edəcəyinə inanır.Bu iki qadın arasında qəribə oxşarlıq var. Biri acından ölməmək, digəri isə asan yolla sahib olduğu var-dövləti itirməmək üçün dilənir. Həmin vaxt o zavallı qadın mənim gözlərimdə daha məğrur görünürdü. O, şərəf və namusunu qorumaq üçün dilənirdi. Qız isə zahiri gözəlliyini və bədən cazibəsini satışa çıxarmışdı. Ehtiraslar aləti kimi. Bədənin cazibəsi zamanla itəcək. Bəs, onda nəylə alver edəcək? Ona keçmişdən yalnız şərəfsiz ad qalacaq. Bu damğa həmişə onun alnında olacaq. Zəhmət, mübarizə, əzm və dözüm əxlaqın bəzəyidir. Murdarlıq, satqınlıq, əxlaqsızlıq isə böyük bir ləkədir. Bir ömür boyu silinməyəcək ləkə. Və bütün cəmiyyət onun iç dünyasını bu cadarlarda görür və lənətləyir..




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler