Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Diktatorların pişikden qorxmasının sirri açıldı – Neqativ enerji…

16 Eylül 2016

8:36 am


16/09/2016 [12:33]: xeber –
sayt dünən böyük dövlətləri idarə edən, hətda bəzi hallarda dünyanı lərzəyə salan tarixi şəxsiyyətlərin pişikdən qorxması ilə bağlı maraqlı material vermişdi. Məsələn, sən demə, dünyanın yarısını işğal edən Makedoniyalı İsgəndər, Roma İmperatorluğunun güclənməsinin əsas səbəbkarı olan Yuli Sezar, fransız krallar III Henri, XIV Lüdovik, Orta əsrlərdə Mərkəzi Asiyanın şəksiz lideri Çingiz xan, XX əsrə qan udduran diktatorlar Adolf Hitler, Benito Mussolini, Lavrenti Beriya da pişikdən qorxanlar sırasındadırlar.  (Həmin yazını bu linkdən oxuya bilərsiniz: moderator.az/news/151492.html )Bəs bunun səbəbi nədir? Necə olur ki, dünya onlardan qorxduğu halda onlar adi bir pişikdən qorxurlar?Əməkdaşımız suala cavab almaq üçün elmi-lədun araşdırmalar aparan yazıçı Paşa Yaquba müraciət edib. Yazıçının cavabını oxucularımıza təqdim edirik:- Araşdırmalarımız göstərir ki, pişikdən qorxma (və yaxud iyrənmə) halları neqativ təsirə məruz qalan insanlarda baş verir. Belə insanların halı və yaxud bir məsələyə, bir şəxsə münasibəti dəyişkən (gah yaxşı, gah da pis) olur. Yəni sabit bir fikrə malik olmayıb, tez-tez fikirlərini dəyişirlər. Belə şəxslər həm də yuxudan tez-tez diksinib oyanırlar, qaranlıqdan və pişikdən qorxurlar, qorxulu yuxular görür, özlərinə qapanır və bəzi (ağır) hallarda intihara meylli olurlar. Bütün bunlar yuxarıda qeyd etdiyim kimi, neqativ təsirin əlamətlərindəndir. – Paşa bəy, insanda neqativ təsir nədən baş verir? – İnsanda neqativ əsasən bəd nəzərlərdən və yaxud magik təsirlərdən yaranır. Bunu kompüterlərimizə düşən virusla da müqayisə etmək olar. Virus kompüteri dondurduğu, bəzi fayl və proqramları sildiyi kimi, neqativ enerji də insanın həyatını dondurur. Həmçinin, bu vaxt insanda olan məhəbbət hissi (oxu: faylı, proqramı) yox olur.Bildiyimiz kimi insanı dünyaya bağlayan yaxınlarına, doğmalarına olan məhəbbət hissidir. Məhz bu hissin sayəsində insan dünyanın bütün məşəqqətlərinə dözür, özünün və doğmalarının yaşaması uğrunda mübarizə aparır. Neqativ enerji ilk növbədə insanda məhəbbət hissinin yox olmasına səbəb olur ki, bunun yerini nifrət, kin-küdurət kimi mənfi hisslər (fayllar) tutur. Beləliklə, onu dünyaya bağlayan tellər qırılmış olur. Odur ki, bu cür təsirə məruz qalan insanlarda həyat eşqi olmur, insanlardan uzaqlaşır, ailəsindən üz döndərir, qəddarlaşır (diktatorlarda olduğu kimi), özünə qapanır və yuxarıda sadaladığım digər hallar tədricən baş verir…- Bu barədə “Quran”da məlumat varmı?- Bu mövzuda “Quran”ın “İnək” surəsinin 102-103-cü ayələrində geniş bəhs olunur. Ayələrin məzmunundan aydın olur ki, bəzi insanlar (onlara xalq arasında falçı, cadugər, elmi camiədə isə “maq” deyilir) ər-arvad arasına nifaq salmaq üçün Harut və Marut adlı iki mələkdən (şeytandan) sehr öyrənirlər…- Bəs necə olur ki, diktatorlar bu cür təsirə məruz qalırlar?- Tədqiqatlar sübut edir ki, hələ ta qədimdən günümüzədək bütün hakimiyyət başçıları, o cümlədən yuxarıda adı çəkilən diktatorlar saraylarında magiya ilə məşğul olan adamlar (cadugərlər) saxlayıblar. Onlar şahlara (indi isə, prezidentlərə) xidmət edərkən sehrdən (magiyadan) istifadə edirlər ki, bu da elmi dildə desək neqativ enerjidir. Ufologiya elmi bunu cin adlandırır ki, magik təsirlə insanın bədəninə və yaxud aurasına daxil olur. Cinlərdə isə, belə bir xüsusiyyət vardır ki, onlar pişikdən qorxurlar. Ufoloji sirlərdən hali olan adamlara məlumdur ki, cinlər, şər qüvvələr pişik olan otağa daxil olmurlar. Bunu bilən xalqlar ta qədimdən evdə pişik saxlamağı adət etmişlər. Əgər bir insana magik təsir olursa, artıq neqativ enerji  (cin) ya onun aurasına, ya da bədəninə daxil olur. Beləliklə, həmin adam pişikdən qorxmağa başlayır. Diktatorların pişikdən qorxma səbəbləri də məhz bu amillə bağlıdır. Onlar ya öz yanlarında saxladıqları, da kənarda olan maqların təsiri nəticəsində bu cür hallarla üzləşirlər (özləri də bilmədən özlərinə problem yaradırlar). Onu da qeyd edim ki, pişiklərdə güclü ekstrasensor qabiliyyət vardır. Bu qabiliyyətlə onlar sahiblərini həm xəstəliklərdən, həm də kənar neqativ təsirlərdən qoruya bilirlər. Araşdırmalarımız göstərir ki, pişik öz sahibi ilə bir otaqda yatarsa, insanda olan bütün ağrıları (o yatarkən) pişik özünə çəkir. Ona görə də evində pişik olan adamlar adətən gecə oyanarkən, pişiyi ağrı nahiyyəsinə söykənmiş görürlər (amma çox hallarda insanlar bu hala əhəmiyyət vermirlər). Onu da qeyd edim ki, magiya ilə məşğul olan adamlar heç vaxt evlərində pişik saxlamırlar; ümumiyyətlə, onlar pişiklə təmasda olmurlar. – Niyə?- Çünkü maqların ətrafında daim neqativ enerji (ufoloji dildə desək cinlər) olur ki, pişikdəki aura ilə bu aura biri-birinə əks təsir edir. Yəni pişik maqa yaxın gələndə cinlər ondan aralanmaq məcburiyyətində qalırlar ki, bununla da informasiya əlaqəsi qırılır. Ona görə də cadugərlərin ətrafında heç vaxt pişik görmərsiniz. Pişikləri ən çox peyğəmbərlər və kəramət sahibləri sevərlər…


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler