Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Didişmeleri dayandırmalıyıq ve emekdaşlığına başlanmalıyıq” – ABŞ-dakı seçkilere sözardı…

10 Kasım 2016

4:12 pm


10/11/2016 [20:10]: xeber –
Əlbətdə kimi president seçəcəyi hər bir ölkənin öz məsələsidir. Donald Trampın ABŞ-ın prezidenti seçilməsi də Amerika xalqının öz işi, öz məsələsidir. Əsas məsələ Trampın necə seçilməsidir. ABŞ-da keçirilən prezident seçkilərinin ədalətli və demokratik olması ilə bağlı həm ABŞ-da, həm də bütün dünyada fikir ayrılığı yoxdur. Əsas məsələ də budur. Ona görə də Trampın qatı əleyhdarları belə onun legitimliyini şübhə altına ala biləcək heç bir iddia irəli sürmədilər. Lakin Trampın prezidentliyi dövründə onun bütün fəaliyyəti və hərəkətləri rəqiblərinin diqqəti altında olacaqdır. Trampın Rusiya əlaqələrinin Amerikanın təhlükəsizliyinə zərər vurub-vurmaması və hərəkətlərinin əxlaq normalarına uyğunluğu məsələlərinin Trampın ən zəif tərəfləri olduğunu da onlar Trampa daima xatırladacaqlar. Bizim üçün isə vacib olan odur ki, Tramp heç vaxt ABŞ-ın ənənəvi xarici siyasətinin, o cümlədən erməni məsələsi ilə bağlı fəaliyyətinin daşıyıcısı olmayıb, ermənipərəst siyasətçilərin əhatəsində olan adam deyil. İkinci vacib olan məsələ isə Azərbaycanın ABŞ ilə hər iki tərəfə sərfəli olan ticarət əlaqələrinin daha da qüvvətləndirilməsidir. Məncə Trampın bu damarının tutulması onun bizim ölkəmizə münasibətində Ermənistandan fərqli bir vəziyyət yarada bilər. ABŞ-la münasibətin yüksək səviyyəyə qaldırılması üçün Azərbaycanın güclü iqtisadi, siyasi, hərbi, sosial, mədəni və elmi inkişafına nail olmaqla yanaşı, Azərbaycanın güclü demokratik dəyərlərə sahib olan bir ölkəyə çevrilməsi əsas məsələlərdən biridir. Belə olarsa Azərbaycanın qısa müddət ərzində hərtərəfli inkişafına nail olmaqla yanaşı, heç kimə minnətçi düşmədən dünyanın bütün güclərinin, o cümlədən ABŞ-ın da ölkəmizin haqq və hüquqlarına hörmətlə yanaşmasına nail ola bilərik.İxtiyar Şirin, keçmiş baş prokuror, Milli Konqres Partiyasının sədri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler