Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Diaspora rehberi Qırğızıstanın baş prokuroruna müraciet etdi

07 Ekim 2016

11:04 am


07/10/2016 [15:02]: xeber –
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu Nüsrət Məmmədov Qırğızıstanın Baş Prokuroru xanım İndira Coldubayevaya  müraciət edib. Müraciətdə Bişkek şəhər prokurorluğunun əməkdaşı Əzizağa Əliyev haqqında qanuni ölçü götürülməsi xahiş olunur. Müraciətdə qeyd edilir ki, Ə.Əliyev iki il öncə Azərbaycanın kütləvi informasiya vasitələrində onun barəsində həqiqətə uyğun olmayan məqalələr çap etdirib: “Hüquq mühafizə orqanlarının araşdırmalarından sonra bəlli oldu ki, həmin yazılarda əksini tapmış məlumatların heç bir əsası yoxdur. İndi isə o, prokurorluq orqanlarında yeni vəzifəyə təyin olunub. Hesab edirəm ki, o, prokurorıuq orqanlarında tutduğu vəzifəsindən sui-istifadə edərək mənə qarşı qisasçılıq fəaliyyətini davam etdirə bilər. Düşünürəm ki, onun prokurorluq orqanlarında işə bərpa olunması haqqında verilən əmr qanunsuzdur. Prokurorluq haqqında qanuna əsasən prokurorluq orqanının əməkdaşları heç bir siyasi və ictimai təşkilatın üzvü ola bilməzlər. Ə.Əliyev də Bişkek şəhər prokurorluğunda istintaq bölməsinin rəisi təyin olunarkən ictimai fəaliyyətinə son qoymalı idi. Xahiş edirəm ki, Ə.Əliyevin prokurorluq orqanlarında vəzifəyə təyin olunması haqqında əmrin qanuniliyi yoxlanılaraq hüquqi qiymət verilsin”. Xatırladaq ki, Ə.Əliyev  eyni zamanda Qırğızıstan “AZƏRİ” İctimai Birliyinin sədri, Qırğızıstan Xalq Assambleyasının sədr müavini, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvüdür. Müraciət sayasat.kg saytında yerləşdirilib


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler