Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Diaspor rehberlerimiz Tokioda bir araya gelib

25 Ekim 2016

6:28 pm


25/10/2016 [22:24]: xeber –
Oktyabrın 24-də Azərbaycanın İsrail və Yaponiyadakı diaspor təşkilatlarının liderləri Yaponiyanın paytaxtı Tokioda bir araya gəliblər. Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının sədri, Dünya Azərbaycanlıları Assambleyasının Yaponiya nümayəndəliyinin rəhbəri Əlibəy Məmmədov və Azərbaycan-İsrail Beynəlxalq Assosasiyasının İdarə heyətinin üzvü, İsraildə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru olan Yeganə Salman dünyada genişlənməkdə olan Azərbaycan diasporunun fəaliyyəti, uğurları, potensial inkişafı, problemləri və onların həlli yolları haqqında geniş müzakirələr aparmışlar. Yeganə Salman qeyd etmişdir ki, ilk dəfə İsrailə ayaq basanda yerli insanlarda Azərbaycanla bağlı hər hansısa bir məlumat yox idi. Ölkəmizi demək olar ki, tanımırdılar. Azərbaycan haqqında müsbət fikir yox idi. Ermənistan diasporası isə o zamandan burada fəaliyyət göstərirdi və özləri haqqında kifayət qədər müsbət fikir yaratmağa nail olmuşdular. Buna görə də hər zaman İsraildə Azərbaycan diasporun yaradılması və geniş fəaliyyət göstərməsi haqqında düşünürdük. 25 ildir İsraildə yaşayıb fəaliyyət göstərən Yeganə Salman xüsusilə son 10 il ərzində İsraildə Azərbaycan diasporunun fəal və uğurlu işləri haqqında söhbət açmışdır. O bildirmişdir ki, Azərbaycan-İsrail Beynəlxalq Assosasiyasının təşkilatçılığı ilə İsraildə Azərbaycanın bütün rəsmi bayramları, azərbaycanlı tarixi simaların, elm adamlarının, xalqımızın, millətimizin, dövlətimizin tarixində iz qoymuş şəxsiyyətlərin yubiley və xatirələri ilə əlaqədar tədbirlər təşkil edilmiş və yerli ictimaiyyətin diqqəti Azərbaycan ətrafında cəmləşdirilmişdir. “Çalışırıq ki, hər həftə bir tədbir təşkil edək və yerli ziyalıları, ictimai xadimləri dəvət edək. Məqsədimiz İsraildə Azərbaycanın daha da yaxından tanıdılması, ölkəmiz haqqında müsbət rəyin yaradılmasıdır. Bugün əminliklə deyə bilərik ki, bir çox anlamlarda öz məqsədimizə müəyyən qədər nail ola bilmişik”.İsraildə son 10 ildə mükəmməl fəaliyyəti ilə həm də Azərbaycan mediasının diqqət mərkəzində olan Yeganə Salmanla Tokioda görüşün təşkil edilməsindən məmnunluğunu ifadə edən Əlibəy Məmmədov ilk öncə Yaponiyada Azərbaycan diasporunun dünəni və bugünü haqqında ətraflı məlumat vermişdir. O, qeyd etmişdir ki, Azərbaycanda Yaponiyaya qarşı sevgi və rəğbət hissi çox olmasına baxmayaraq, Yaponiyada Azərbaycan haqqında təsəvvürlər aşağı səviyyədə idi. Şübhəsiz ki, diaspor təşkilatımızın olmaması əsas səbəb idi. Yaponiya elə bir dövlətdir ki, burada Cənubi Qafqaz ölkələri haqqında biliklər aşağı səviyyədədir. Bu sahə ilə məşğul olan elm adamları, siyasi dairələrdə yüksək səviyyədə məlumatların olmasına baxmayaraq, adi insanlar demək olar ki, regiona maraq göstərmirdilər. Əsas səbəb isə tanımamaqlarıdır. Lakin biz onlara Azərbaycan haqqında məlumatlar verəndə, insanlarımız, tariximiz, mədəniyyətimiz, füsunkar ədəbi incilərimizdən danışanda, hər biri hökmən ən azı bir dəfə Azərbaycana səfər etmək istədiyini, azərbaycanlı dostlar qazanmaq istəyini dilə gətirirlər.   Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının əsas məqsədinin Yaponiyada bütün təbəqələrdən və qütblərdən olan insanların arasında Azərbaycan adının tanıdılması, onun haqqında müsbət rəyin formalaşdırılması, ölkələrimiz arasında qarşılıqlı mübadilələrin yaradılması və artırılmasıdır. Bu məqsədlə həm məktəblərdə və universitetlərdə Azərbaycanla bağlı dərslərin, seminarların müntəzəm keçirilməsi nəzərdə tututmuşdur və hazırda həyata keçirilməkdədir. Eyni zamanda yaponiyalı iş adamlarının təşkil etdikləri məclislərdə Azərbaycanın iqtisadi mühiti, biznes potensialı haqqında geniş məlumatlar verməklə qarşılıqlı səfərlərin, insan mübadiləsinin artmasına öz töhvələrimizi verməyə çalışırıq. Təsadüfi deyildir ki, artıq Azərbaycanın bir çox kənd təsərrüfatı məhsulları, o cümlədən bal, nar şirələri, şərablar Yaponiya bazarında öz layiqli yerini tutmaqdadır. Yaponiyada Azərbaycana dəfələrlə səfərlər edib, yerlərdə şirkətlər yaradıb, ölkəmizin iqtisadiyyatına xüsusilə kənd təsərrüfatına, turizm sektoruna sərmayələr qoyan yerli sahibkarların sayı artmaqdadır. Bundan əlavə, son illərdə Azərbaycan və Yaponiya arasında siyasi sahədə də yaxınlaşma sezilməkdədir. Hər iki tərəfdən yüksək rütbəli şəxslərin qarşılıqlı səfərləri ölkələrimiz arasında olan münasibətlərin parlaq gələcəyindən xəbər verir. Sonda İsraildən gəlmiş nümayəndə heyəti ilə xatirə şəkli çəkilmişdir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler