Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Dialoq ideyası ile radikal müxalifet öz varlığını qorumağa çalışır”

14 Temmuz 2016

12:12 pm


14/07/2016 [16:10]: xeber –
“Bu gün müxalifət yaranmş situasiyadan yararlanıb dialoq təklifini ortaya atmaqla, hakimiyyətin və cəmiyyətin diqqətini özlərinə cəlb etmək istəyir. Bu yolla parlamentdənkənar müxalifət öz varlığın qoruyub-saxlamağa və maraqlarını təmin etməyə çalışır”.Bu fikirləri Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı deyib. Onun sözlərinə görə,bu gün Azərbaycan müxalifəti çoxqütblüdür: “Müxalifətin bir qismi Milli Məclisdə təmsil olunur və parlamentdə təmsil olunanların hakimiyyətlə dialoqunda elə bir problem yoxdur. Bu dialoq ən azından parlament müstəvisində həyata keçirilir.Parlamentdənkənar müxalifətə gəldikdə, bunların arasnda radikal müxalifət də təmsil olunur ki, onlar zəif olsalar da, öz fəallıqlarını qoruyub-saxlamağa çalışırlar”. F.Ağamalı hesab edir ki, parlamentdənkənar müxalifətin yetərincə sosial bazası olmadığından ölkədəki siyasi proseslərə və ictimai rəyin formalaşmasına təsir etmək imkanı da yoxdur. “Müxalifət yaranmış situasiyadan istifadə etməklə milli birliyin, həmrəyliyin formalaşdırılması adı altında dialoq təklifini ortaya atmaqla, əslində öz varlığını qoruyub-saxlamağa çalışır. Yəni, bu yolla hakimiyyətin və cəmiyyətin diqqətini özünə cəlb etməyə cəhd edir”-deyə, o, vurğulayıb. F.Ağamalının fikrincə, Qarabağın, torpaqlarının işğaldan azad edilməsi ilə bağlı məsələdə dialoqa ehtiyac yoxdur. “Ortada ölkə prezidenti və onun yüksəksəviyyəli komandası var. Bu komanda ölkə başçısının Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı siyasətini yüksək səviyyədə ardıcıllıqla həyata keçirir. Digər tərəfdən isə torpaqları işğaldan azad etmək iqtidarında olan ordumuz var. Ali Baş komandan lazım gələndə iradəsini ortaya qoyub orduya üzərinə düşən missiyanı yerinə yetirmək tapşırıqlarını verəcək. Odur ki, bu məsələdə dialoqa ehtiyac yoxdur”- deyə, F.Ağamalı vurğulayıb.Demokratik düşərgə sıradan çıxdığı şəraitdə, onun yerini silahl radikal qüvvələr tutuacaq fikrinə gəldikdə isə F.Ağamalı bildirib ki, əgər onların əlində belə bir informasiya və ya dəlil varsa, ortaya qoysunlar: “Bu ciddi və kifayətə qədər məsuliyyətli bir məsələ olduğundan aydınlq gətirilməsinə ehtiyac var”.(Gununsesi.info)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler