Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Deyibler, “Əşşi, ne var bu teatrda, gel gedek”, amma getmemişem”

19 Ekim 2016

7:32 am


19/10/2016 [11:29]: xeber –
sayt xalq artisti,  “Yeddi oğul istərəm” filminin “oğulları”ndan biri kimi özünü Azərbaycana  tanıdan Rafiq Əzimov ilə  müsahibəsini  təqdim edir:-Rafiq müəllim, Akademik Milli Dram teatrının hazırki vəziyyəti necədir? Bır ara orda xoşagəlməz hadisələr yaşanmışdı.–Azərpaşa Nemətovun gəlişindən sonra teatr xeyli dəyişib. Son 5 ildə çəkdiyimiz zülm tamamilə asradan qaldırılıb. Azərpaşa Nemətov sayəsində bütün ab-hava yaxşılığa doğru düzəlib. Uğurlu tamaşalarımızın sayı artıb. Yeni tamaşalar üzərində çalışırıq. Hazırda gələndə də bir tamaşanın elan lövhəsini görüb, çox sevindim. Artıq 55 ildir ki, bu teatrdayam və bundan da çox məmnunam. Aktyor üçün ən sevindirici hal odur ki, əvvəlki tamaşalarımız indikilərinə bənzəməsin və tamaşaçı səhnə  bitəndən sonra səni alqışlasın. Əgər mən bu gün də diqqətlərdəyəmsə, sevilirəmsə, bu, mənim ən böyük sevincimdir.– Teatrı dəyişmək istəməmisiniz?–Heç ağlıma da gəlməyib. Əzablı günlərim çox olub. Hətta,  bəzi dostlarım olub ki, deyiblər, “Əşşi, nə var bu teatrda, gəl gedək”,  amma getməmişəm. Əksinə, mən onları fikirlərindən imtina etdirib getməyə qoymamışam. Heç də peşman deyiləm.-Rafiq Əzimov deyəndə ağıla “dram” janrı gəlir. Komediya janrında özünüzü sınamısınız?–Teatrda komik rollarım çox olub.  Mən həmişə xarakterik rolları sevmişəm. Mənim üçün heç vaxt janr söhbəti olmayıb. Yaradıcılıq bioqrafiyama klassik əsərlər həkk olub. Yadda qalanlar da olub, əksinə də olub. Bir rolum var idi, həmin tamaşada bütün səhnə boyu susuram,  heç bir sözüm yoxdu,  amma uğurlu obrazlarımdan biri olub və onu digərlərindən az sevmirəm. Ona görə uğurlu alınmışdı ki, həmin obrazı duyurdum və obrazı sözsüz çatdıra bilirdim.“Çalışırıq ki, bizə baxan min gözü məyus etmədən hissləri doğru-düzgün çatdıraq”-Aktyor üçün mizanlar daha vacibdir, yoxsa, söz?–Mizan- təklif olunan vəziyətdə doğru- düzgün hərəkəti hiss edərək seçməkdir. Hiss etdiklərin gərək daxili aləminlə vəhdət təşkil etsın. Bayaq dedim ki, sözsüz rolum da o birilər kimi uğurlu obrazlarımdan biridir. Sözsüz olsa belə, hərəkətlərlə qəhrəmanı tamaşaçıya çatdıra bilmişəm.Əgər mən bir aktyor kimi 5 duyğumdan doğru istifadə edə bilirəmsə, deməli, tamaşaçı bunu qəbul edəcək. Ona görə  həmişə çalışırıq ki, bizə baxan min gözü məyus etmədən hissləri doğru-düzgün çatdıraq.-Böyük sənətkarsınız, çox istərdik ki,  hansısa rola  hazırlıq prosesindən bizə bəhs edəsiniz…–Bir sözü bir milyon variantda deyə bilərik. Musiqiçi aləti köklədiyi kimi biz də özümüzü rola kökləyirik. Bütün əsər boyu həmin obrazı öyrənirik. Onun roldakı sənətini, yaşam tərzini aydınlaşdırırıq. Yazıçı bu obrazla nə demək istəyir, həmin qəhrəman olmasa idi, nə baş verərdi? Bunlar hamısı araşdırılır. Əgər başqa teatrlarda qoyulubsa, onunla maraqlanıram. Bir aktyor kimi öz münasibətini göstərirsən. Aktyor müşahidəçi olur, əgər həmin obrazdan cəmiyyətdə varsa, onu müşahidə edirsən,  hansısa bir hərəkətinə fikir verib onu götürürsən. Ümumiyyətlə, insanlara baxıb baza yığmaq lazımdır ki,  gələcəkdə həmin qəhrəmandan qarşına çıxanda məəttəl qalmayasan.“Sənət aləmində yaş məhdudiyyəti yoxdur, istedadlı var, istedadsız var”-Bir rol üçün xeyli çalışdığınızı vurğulayırsınız. Bugünkü gənclərdə də  həmin çalışqanlığı görmüsünüz?–Mən həmişə yaş və ya gənc söhbəti gələndə etirazımı bildirirəm. Sənət aləmində yaş məhdudiyyəti yoxdur. İstedadlı var, istedadsız var. Cavan insan ola bilər ki, çox istedadlıdır, cavan ola bilər ki,  istedadı heç yoxdur. Eyni zamanda, yaşlıya da aiddir. Bir dəfə Adil İsgəndərov bir aktyora deyir ki, “qadam, sən neçə ildir teatrda işləyirsən?”, o da cavab verib ki, 30 il.Deyib ki,  30 ildə səhnənin sağ və solunu öyrənə bilməmisən?! Bax, bu da yaşlı insan. Amma bir cavan ola bilər ki, ilk gəlişindən hər şeyi öyrənsin. Belə cavanların adını çox çəkə bilərəm.Vaxtilə çalışdığım korifey sənətkarlardan biz də nələrsə öyrənməyə çalışmışıq. İndi məndən müsahibə götürürsüz,  o zamanlar mən bunun üçün çalışmışam ki, gələcəkdə deməyə sözüm olsun. Siz uzun zamandır mənimlə əlaqə saxlayıb müsahibə almaq istədiyinizi bildirirdiniz. Əlbəttə ki, qara gözümə-qaşıma görə bunu etmirdiniz. Deməli, nələrsə etmişəm.-Gənclər məsləhət üçün sizə müraciət edirmi?–Mən Mədəniyyət və İncəsənət Universitetində dərs deyəndə, əgər otaqda 4-cü kursun tələbələri əyləşiblərsə, digər kursların tələbələri məndən icazə istəyirlər ki, dərsimdə otursunlar. Soruşuram ki, sizi əyləşməyə nə vadar edir? Deyirlər, maraqlı danışırsınız. Obrazlarla bağlı danışdıqlarım, xatirələrim bunlar təbii ki, hər gəncə maraqlı deyil. Ona görə öyrənmək istəyən üçün yaş məsələsi yoxdur. Mən bu yaşımda da öyrənirəm. O artist ki, deyir mən artistəm, deməli,  onun üçün sənət bitib. Çünki biz insanların sürətlərini yaradırıq. Onların siması 5 barmaq kimi bizə tanış deyil.Dünyada görün nə qədər insan var təbii ki, biz onları öyrənib oynamalıyıq ki, sabah gəlib tamaşada əyləşəndə deməsin ki, bu necə həkim obrazıdır? ”Göz həkimi” tamaşası çəkiləndə  ən sonuncu mən dəvət aldım.Lütfi Məmmədbəyli çəkirdi, mənə professor İvanov rolu verilmişdi. Tamaşanın baş məsləhətçisi  göz həkimi Nazim Əfəndiyev var idi. Həmin vaxt ona yaxınlaşıb dedim ki, olarmı mən xəstəxanaya gəlim? Dedi problemin var? Dedim yox roluma görə istəyirəm. Həqiqətən gedib gördüm xəstələri və buna görə də obraz təbii alınmışdı. Hətta, Şəkidə bir qadın  tamaşaçı mənə yaxınlaşaraq demişdi ki, “ay bala, gözün açıldı?”(gülür). Buna görə mənim pis rol oynamağa, obrazı qeyri düzgün çatdırmağa haqqım yoxdur.“Xırda bir rola, zəif işə görə mən simamı itirə, bu günə qədər qazandığım ada ziyan vuracaq nəsə edə bilmərəm”-Teatra gələn sevərləriniz  sizi görə bilirlər, amma televiziya tamaşaçıları Rafiq Əzimovsuz  qalıb…–O, bizim yaralı yerimizdir. Hər dəfə bizi görəndə sual verirlər ki, niyə əvvəlki televiziya tamaşalarından indi çəkilmir?Həmin tamaşaları izləyicilər çox sevirdilər,  baxımlı idi,  yaxşı olardı ki, yenidən çəkilsin. O zamanlar biz televiziyadan canlı oynayardıq. Səhnə əsərini dəqiqliyi ilə məşq edəndən sonra, çəkiliş aparılardı.-Amma indi həmin tamaşaları televiziya serialları əvəz edir. Dəvət olunmursunuz, yoxsa, razılığınızı ala bilmirlər?-Axırıncı İlqar Nəcəfin “Buta ”filmində rol almışam. Bir çox beynəlxalq festivala göndərilib. Bir neçə ölkələrdə mükafat qazanıb. Həmi rejissor mənimlə danışana qədər onu tanımırdım. O, filmi üçün yalnız məni görüb, ona görə məndə böyük məmnuniyyətlə, qəbul etmişəm.  Bilmirəm bəlkə də elə bir serial çəkiləcək ki, orda da yalnız mənə ehtiyac olacaq. Xırda bir rola, zəif işə görə mən simamı itirə, bu günə qədər qazandığım ada ziyan vuracaq nəsə edə bilmərəm. İndiki rejissorların əksəriyyətini tanımıram, yalnız efirdən adlarını eşidib, hansısa məlumatları ala bilirəm. İndi də məni görənlər sual verir ki, hanı əvvəlki o  filmlər. Bir kəlam var, onu həmişə deyirəm: “Su gələn arxa bir də gələr”.Biz göydən düşməmişik ki?! Əlbəttə, elə  insanlar gələcək ki, yenə maraqlı filmlər, seriallar çəkiləcək. Bu torpaq yetişdirir onları, əgər bir dəfə gəliblərsə, deməli, yenə gələcəklər. Ssenari yazanlar da yoxdur. Biz indi Səməd Vurğunu hardan tapaq ki, maraqlı ssenari yazsın? Yəqin  biz hər şeyi bəyənmirik deyə,  bizə müraciət etmirlər.5-10 manat pul qazanacam , sonra da baxanda niyə çəkildim deyərək, özünə əziyyət vermək nəyə lazımdır?! Gərək nəyisə etməzdən qabaq düşünəsən. Hər bir çəkiliş tarixdə qalır, ona görə o səhvi etməməlisən. Çünkü ona uşaqların da, ailə üzvlərin də baxır. Hər kəs bir cür düşünür, bu da mənim fikrimdir. Mənim bu yaşımda səhv etməyə ixtiyarım yoxdu.(Gununsesi.info)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler