Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Devalvasiya Qocalar evine düşenlerin sayını artırdı – RƏSMİ

02 Kasım 2016

5:08 pm


02/11/2016 [21:04]: xeber –
2015-ci il ərzində ölkədə milli valyutanın iki dəfə devalvasiyaya uğraması bütün sahələrə təsirlərini davam etdirir. Problemlər yağışdan sonra çıxan göbələklər kimi hər yerdə cücərməyə, hətta kök atmağa başlayıb. O dərəcədə ki, ahıl yaşlı ata-analarımıza, sağlamlığı məhdud balalarımızı sosial xidmət müəssisələrinə atmaq məcburiyyətində qalırıq…Məhz statistik göstəricilər devalvasiyadan sonra bu müəssisələrə atılanların sayında artım oldğunu deməyə əsas verir.Hazırda Azərbaycanda ahıllar və əlillər üçün sosial xidmət müəssisələrinin sayı 7-dir. Qeyd edək ki, müəssisələrin sayı 2006-cı ildən 2016-cı ilədək dəyişməyərək 7 olub.Onlarda olan yerlərin sayı 2006 və 2011-ci ildə 1012, 2012 və 2013-cü illərdə 812, 2014-cü ildə 962, 2015 və 2016-cı illərdə 1162 olub.sayt modern.az-a istinadən xəbər verir ki, hazırda ahıllar və sosial xidmət sahələrində yaşayan qocaların sayı 898 nəfərdir:“2006-cı ildə yaşayanlar 797 nəfər, 2011-ci ildə 816 nəfər, 2012-ci ildə 732 nəfər, 2013-cü ildə 740 nəfər, 2015-ci ildə 817 nəfər ahıl qocalar evində məskunlaşıb”.Göstəricilərə əsasən bildiririk ki, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün sosial xidmət müəssisələrinin sayı da 2006-cı ildən 2016-cı ilədək dəyişməyərək 2 olub.Sosial xidmət sahələrindəki yerlərin sayı 2006 və 2011-ci illərdə 605, 2012-ci ildən etibarən azalaraq 370 olub. Sosial xidmət müəssisələrində yerlərin sayının azalmasnın təmir və yenidənqurma işləri ilə əlaqədar olduğu bildirilib.Hazırda sosial xidmət sahələrində yaşayan uşaqların sayı 320 nəfərdir:“2006-cı ildə 298 nəfər, 2011-ci ildə 267 nəfər, 2012-ci ildə 300 nəfər, 2013-cü ildə 310 nəfər, 2014-cü ildə 297 nəfər, 2015-ci ildə 314 nəfər uşaq xidmət müəssisələrində məskunlaşıb”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler