Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Desem de, demesem de, bele olub”

30 Haziran 2016

9:00 am


30/06/2016 [12:59]: xeber –

Bu il 75 yaşını tamamlayacaq xalq artisti
Ağaxan Salmanlı sayta açıqlamasında yaradıcılıq işlərindən, qarşıdakı
planlarından danışıb.

Ağaxan Salmanlı bildirib ki, həmçinin kitab yazmaqla da məşğuldur və bu yaxınlarda
altıncı kitabı işıq üzü görəcək: “İki elektron kitabım işıq üzü gördü – birincisi
məktəb səhnəsi üçün kompozisiyalar; Cəfər Cabbarlı, Səməd Vurqun, İlyas
Əfəndiyev, korifey aktyor Abbasmirzə Şərifzadə, Milli qəhrəman Mübariz
İbrahimov, Ulu öndər Heydər Əliyev, Xocalı soyqırımı barədə toplu, ikincisi isə
müəllifi olduğum səhnə əsərlərindən ibarətdir. Öz xatirələrimi hazırlamışam, “Desəm
də, deməsəm də, belə olub” adı ilə kitab şəklində çap olunacaq. Bununla da
altıncı kitabım çıxmış olacaq”.

Aktyor yaradıcılıq işlərini növbəti mövsümə
planlaşdırdığını deyib: “Ötən mövsümü Mingəçevir Dövlət Dram Teatrının
səhnəsində Rəvan Tohidoğlunun “İncəbel qarı və Div” tamaşasına
quruluş verməklə, bir də Xoxan-2 filmində əsas rollardan birini oynamaqla
bitirdim.

Artıq növbəti mövsümlə bağlı planlar da
hazırdı. Gənc Tamaşaçılar Teatrında iki tamaşaya quruluş verəcəyəm. Uşaqlar
üçün “Məlikməmmədin nağılı”, böyüklər üçün isə də bir tamaşa – xalq
artisti Yasin Qarayev-70 və Ağaxan Salmanlı-75 illik yubileylərinə həsr olunmuş
tamaşa. Dekabrda yubileyim ərəfəsində 
çəkildiyim “Xoxan-2”, daha doğrusu “Naxox” filminin
təqdimatı planlaşdırılır. Salyan Dövlət Kukla Teatrında gələn mövsüm
“İgidlik sınağı” əsərim tamaşaya qoyulacaq. Mingəçevir Dövlət Dram
Teatrı üçün yazdığım Novruz bayramına, onun inanclarına həsr olunmuş “Niyyət
açarı” əsərim səhnəyə çıxarılacaq”.

Xalq artisti son illərdə seriallara çəkilməməsinin
səbəbini də açıqlayıb: “Bildiyiniz kimi, indiyədək iki seriala çəkilmişəm. 2011-ci
ildə “Firdovs-film”, “Günbatan-Nyus”- şair Mehman, 2012-ci
ildə Lider TV-də “Cavanlıq” serialında Sakit ata rolunda. Bu çəkilişlərin
əvvəlcə yaradıcılıq, sonra da maliyyə vəziyyəti məni hardasa qane etdiyinə görə
çəkilmişəm. Başqa dəvətlərin şərtləri məni qane etməyib deyə çəkilməmişəm.

Biləsiz ki, bizim sənət canlı sənətdir. Daim gündəmdə
olmalısan. Fasilə verdin, lap az müddət də olsa, unudulacaqsan. Yəni unudulmaq
zərurəti var, rol alıb gündəmdə qalmaq da qismətdən asılıdır. Ya qismət!”

Rumiyyə




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler