Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Deputatla mehkeme çekişmesinde olan xanımdan Milli Meclis sedrine MƏKTUB

07 Ağustos 2016

1:24 pm


07/08/2016 [17:21]: xeber –
Milli Məclisin deputatı Rüfət Quliyevlə məhkəmə çəkişməsində olan Səfərova Nuranə Mirzəli qızı tərəfindən sayt-a Milli Məclisin sədri Oqtay Əsədova ünvanlanan aşağıdakı məzmunda şikayət məktubu daxil olub. Məktubda deputat haqqında ittihamlar yer alır, biz bu ittihamların nə dərəcədə həqiqəti əks etdirib-etdirmədiyini bilmirik, ona görə də bəri başdan hörmətli Rüfət Quliyevə də cavab haqqı tanıdığımızı bildiririk və onun da fikirlərini olduğu kimi təqdim etməyə hazırıq:”Azərbaycan Respublikası Milli Məclisinin sədri cənab Oqtay ƏsədovaSəfərova Nuranə Mirzəli qızı tərəfindən MÜRACİƏTHörmətli Oqtay müəllim! Sizə müraciətimin səbəbi deputat Rüfət Quliyevin deputat adına yaraşmayan əməllərlə və qanunsuzluqlarla məşğul olmasıdır. Belə ki, tək qadın olaraq 2 uşağıma baxmağıma imkan verməyən R.Quliyev bizdən əsassız pul və faizlər tələb edir. Belə ki, deputat Rüfət Quliyev, vəkil Kamandar Nəsibov və Səbail rayon Məhkəməsinin hakimi Zaur Əliyev birləşərək mərhum həyat yoldaşımdan qalmış birgə mülkiyyətimiz olmuş əmlaklarımı əlimdən almağa çalışırlar. Həyat yoldaşım rəhmətə getdikdən sonra həyat yoldaşımın yaxın dostu olan deputat Rüfət Quliyev başsız qalan qadın olaraq məndən əmlaklarımı almağa çalışır. Deputat Rüfət Quliyev həyat yoldaşımın ölümündən sui-istifadə edərək, mənim sahibsizliyimdən fürsət kimi bəhrələnərək 40 ildən çox yaxın dostluq etdiyi şəxsin başsız ailəsinə qarşı açıq şəkildə təqiblər həyata keçirir. Hətta deputat statusunu məhəl qoymayaraq kimsəsiz ailənin əmlakını ələ keçirmək üçün hüquqi “əsas” yaradaraq tarixi olmayan pirimitiv formada saxta öhdəlik müqaviləsi hazırlatdıraraq məhkəməyə təqdim edib. Həmin öhdəlikdə guya keçmiş həyat yoldaşıma faizə pul vermişidir. Deputat nə vaxtdan sahibkarlıq fəaliyyəti ilə məşğul olur? Faizə pul vermək lisenziyalı fəaliyyətdir. Məgər R.Quliyevin lisenziyası vardırmı? Deputat R.Quliyev bu fəaliyyətinə görə vergi ödəmişdirmi?! Göründüyü kimi Rüfət Quliyevin qanunsuzluqları saymaqla bitmir. Deputat Rüfət Quliyev Səbail rayon Məhkəməsinin hakimi Zaur Əliyev ilə birləşərək mənim bütün əmlakımın üzərinə qanunsuz olaraq həbs qoydurmuşdur. Belə ki, iddia tələbini predmetini ödənilməli olan əsas və faiz borcu, yəni pul təşkil etsə də Z.Əliyev qanunsuz olaraq mənim bütün əmlakımın üstünə həbs qoymuşdur. Halbuki təmin tədbiri yalnız iddianın predmetinin üzərinə həbs qoyulmasını mümkün edir. Bu iddianı qaldırarkən deputat Rüfət Quliyev sələmçilik fəaliyyəti ilə məşğul olduğunu etiraf etmişdir. Belə ki, iddia ərizəsinə öhdəlik müqavilə əlavə etmişdir ki, həmin müqavilədə Rüfət Quliyevin faizə pul verməsi təsdiq olunur. Özü də nə az, nə çox 8-10 faizə. Buna görə də uydurma “40 000” ABŞ Dolları məbləğini faizlə şişirdərək 328 000 ABŞ dollarına çatdırmışdır. Halbuki deputatın elmi, pedaqoji və yaradıcılıq fəaliyyətdən başqa fəaliyyətlə məşğul olması qadağandır. Lakin deputat Quliyev Rüfət hətta 1999-cu ildən “European Tobacco-Baku” ASC-nin İdarə Heyətinin sədri kimi də işləyərək Konstitusiyamızın imperativ normalarını kobud şəkildə pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinin II bəndində qeyd olunur ki, İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq Milli Məclisin deputatı Quliyev Rüfət Atakişi oğlunun qanunsuz əməllərinin Milli Məclisin İntizam Komissiyasının iclasına çıxarılması və həmin qanunsuzluqlarına hüquqi qiymət verilməsini, və bu kimi qanunsuz əməllərdən çəkinməsi üçün barəsində qanuna müvafiq tədbirlərin görülməsini təmin etməyinizi Sizdən xahiş edirəm.Hörmətli Oqtay müəllim! İnanın ki, Rüfət Quliyevin mənim çoxsaylı əmlakımı ələ keçirməsi ilə bağlı şəxsən etdiyi təzyiq nəticəsində (son əlac kimi özümə ) intihar etmə həddindəyəm.. İnanıram ki, onun millət vəkili adına yaraşmayan hərəklərə yol verməsi və hərəkətlərinin qanunsuzluğu ona izzah olunacaq..İmza: Səfərova Nuranə Mirzəli qızı Bakı şəhəri, H.Cavid pros., məhəllə 518, ev 13, mənzil 26.Tarix: 06.08.2016


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler