Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Deputat Türkiyeyele bağlı paylaşım edenleri qınadı…

18 Temmuz 2016

11:08 am


18/07/2016 [15:07]: xeber –
Deputat Sahib Əliyev sosial şəbəkələrdə Türkiyədə baş verən hadisələrlə bağlı şərh yazanları, paylaşım edənləri qınayıb. sayt millət vəkilinin qınağını olduğu kimi təqdim edir: “Bizdə çatışmayan nədir bilirsinizmi, heç görmədim ki, hansısa peşə sahibi durub sosial şəbəkədə ancaq öz sahəsiylə bağlı maraqlı nəsə paylaşsın. İnternetdə ixtisasımıza uyğun axtarışda olmaq, yəhudi, yapon, koreyalı, ingilis, holland, alman həmkarlarımızın əldə etdikləri uğurların sirrini öyrənmək, bundan faydalanmaq, qabaqcıl təcrübə bölüşmək əvəzinə, məsələn, sanki dəqiq bilgili və proseslərin içində olan birisiyikmişik kimi, apellyasiyasız “Türkiyədəki çevirilişi Ərdoğan özü təşkil etmişdi” deyirik. Dostlar, bilirəm şair xalqıq. Ona görə də həzm olunması, həm də təsirli çıxması üçün qafiyələrlə yazıram: Arıçı arı, darıçı darı, futbolçu qol, yolçəkən yol, gəmiçi yaxta, dülgər taxta, həkim xəstə, musiqiçi bəstə, müəllim təhsil, iqlimşünas fəsil, pinəçi pinə, inşaatçı binayla maraqlananda, daha çox uğur qazanar və bildiyi məsələlərdən danışması ona daha çox hörmət gətirər, məncə.Həm də bir-birimizdən “bacarıqlı santexnik, suvaqçı, dülgər, dərzi və sair tanıyırsanmı”, deyərək soruşanda, çox zaman olduğu kimi “tapsan mənə də deyərsən”, cavabını vermərik, yaxud da eşitmərik”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler