Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Deputat: “Senedsiz evlerin problemi hell olunur”

24 Ekim 2016

2:40 pm


24/10/2016 [18:37]: xeber –
Bu il ölkə başçısı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 2016-cı il 14 iyun tarixli qanununun tətbiqi haqqında sərəncam imzalayıb. Amma nədənsə sənədsiz evlərlə bağlı problem qalmaqda davam edir.Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, problem həll olunmaq üzrədir:“2013-cü ilə qədər olan evlərin torpaq sənədi varsa, onların hamısı rəsmiləşdiriləcək”.Deputat bildirib ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda edilən dəyişikliklərə görə, bu sahədə heç bir problem olmayacaq:“Prezidentin parlamentə göndərdiyi dəyişiklik nəzərə alınaraq bu edildi. Ona görə də kimlərin ki, sənədləri yerindədir, onlar rahat şəkildə sənəd ala biləcək.2013-cü ilə qədər məsələ faktiki olaraq öz həllini tapıb. Artıq bundan sonra iş vətəndaşların üzərinə düşür ki, bütün məsələləri qaydaya salıb evlərini sənədləşdirsinlər”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler