Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Deputat selemçilikle meşğul olursa, ona heç alverçi de demek olmaz”

06 Ağustos 2016

10:20 am


06/08/2016 [14:19]: xeber –
Xəbər verdiyimiz kimi, təsdiqlənməmiş məlumatlara görə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı Rüfət Quliyev sələmçiliklə məşğul olmaqda, faizə pul verməkdə ittiham olunur. Maraqlıdır, Milli Məclisin deputatının sələmçiliklə məşğul olması nə dərəcədə ağılabatandır? Ümumiyyətlə faizə pul verilməsi qanunla necə tənzimlənir? Ölkənin iki tanınmış hüquqşünası mövzu ətrafında sayt-ın sualına aydınlıq gətirib.  Sualımızı ilk cavablayan hüquqşünas Aslan İsmayılov deputatın faizə pul verməsinin qanuna zidd olduğunu bildirdi:  “Sələmçiliklə məşğul olmaq özü bir sahibkarlıq növüdür. Milli Məclisin deputatının istənilən növ sahibkarlıqla məşğul olması qanuni nöqteyi nəzərdən qəti qadağandır. Mənəvi nöqteyi nəzərdən isə bu, əxlaqsızlıqdır. Deputat sələmçiliklə məşğul olursa, ona heç alverçi də demək olmaz”. Hüquqşünas Müzəffər Baxış isə vurğuladı ki, sələmçiliklə məşğul olan deputat cinayət məsuliyyətinə cəlb olunmalıdır: “Bizim qanunumuza görə, fiziki şəxslər də sələmə pul verə bilərlər. Mərkəzi Bank uçot dərəcəsi müəyyən edir (təzəlikcə uçot dərəcəsi 9.5 faiz müəyyən edilib) və fiziki şəxs buna uyğun olaraq sələmə pul verə bilər. Sələmə pul vermək, yəni, kredit vermək sahibkarlıq fəaliyyətidir, çünki həmin şəxs oradan gəlir əldə edir. Gəlir əldəetmə də həm Mülki Məcəllədə, həm də sahibkarlıq haqqında qanunun tələblərinə görə gəlir əldə etmək məqsədilə xidmət göstərmə, iş görmək, gəlir məqsədilə digər fəaliyyətləri həyata keçirmək sahibkarlıq fəaliyyəti hesab olunur. Həm sahibkarlıq fəaliyyəti haqqında qanuna, həm də Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinə görə Milli Məclisin deputatı sahibkarlıqla məşğul ola bilməz. Ümumiyyətlə, Milli Məclisin deputatı üçün çox biabırçı bir haldır ki, sələmçiliklə məşğul olur, yəni qanunu pozur. Belə faktlar müəyyən edildikdə isə, Milli Məclisin deputatı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308 və 309-cu maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, cəzalandırılmalıdır”. Rumiyyə 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler