Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Depressiyanın mehv etdiyi yazıçıların -DƏHŞƏTLİ SONLUQLARI

26 Eylül 2016

12:08 pm


26/09/2016 [16:06]: xeber –
sayt bütün həyatları boyunca ciddi ruhi sarıntılardan, depressiyadan əziyyət çəkən yazıçıların siyahısını təqdim edir:Eldar Allan Po- Həyatı boyu depressiya ilə mübarizə aparıb. 13 yaşlı əmisi qızı ilə evlilik də yazıçının ruhi dünyasındakı sarsıntıdan xəbər verir.Lev Nikolayeviç Tolstoy – dünya şöhrətli rus yazıçısı Lev Tolstoyun psixoloji durumu da yaşı irəlilədikcə pisləşib. Özünü depressiya pəncəsində tapıb. Varlı adam olmasına baxmayaraq, getdikcə bir guşənişin həyatını seçib. İntihar etmək üçün cəsarəti olmaması səbəbiylə də özünü tənqid edib.Fyodor Mixailoviç Dostoyevski – epilepsiya xəstəsi olan yazıçı, Freydə görə, isterik nevrozdan da əziyyət çəkirdi.Uilyam Bleyk –Tez-tez gözünə görünən illuziyalar hər zaman yazıçını gərginləşdirir, narahat edirdi.Çarlz Dikkens – Meqolamaniya (özünü böyük görmə) kimi ruhi xəstəliklə mübarizə aparırdı.Şarl Bodler – XIX əsr fransız ədəbiyyatının böyük adı Bodler bütün həyatı boyu sistemə uyğun olmayan həyat sürüb və bohem bir yaşam tərzini seçib. Yaxalandığı sifilis xəstəliyinin də təsiri ilə ruhi sağlamlığı getdikcə pozulub.Mark Tven – bütün ömrü boyu depressiv, sevincsiz və kədərli bir həyat davam etdirib.Virciniya Vulf – Məşhur ingilis yazıçısı Virciniya Vulf son romanı bitirdikdən sonra ciddi depressiyaya girib. İkinci Dünya Müharibəsinin da təsirilə 1941-ci ildə, ciblərini daşlarla doldurub və evinin yaxınlığındakı Ouse çayına doğru gedib. Özünü suya adıb və boğularaq həyatını itirib.Cek London – Tarixin ilk “milyonçu” müəllifi olan Cek London bipolar pozuntusunun pəncəsindəydi və bunun da təsiri ilə intihara cəhd göstərib. Sakit okeanda qayıqla etdiyi bir səyahət zamanı tropik xəstəliyə yaxalanıb. Bu xəstəliyi öz ağlına görə müalicə etmək üçün özünün hazırladığı, içində tiryək, heroin, civə və s. kimi kimyəvi maddələrin olduğu qarışığı bir müddət özünə yeridib. Bu, onun böyrəklərinin çökməsinə yol açıb.Ernest Heminquey – Amerikalı yazıçı Ernest Heminquey son dərəcə qeyri-adi ömür sürüb. Həyatı boyu da depressiya, paranoya və alkoqolizmdən xilas ola bilmədi. Həyatını da qeyri-adi formada başa vurdu: Ov tüfəngiylə intihar etdi.Franz Kafka – Modernist ədəbiyyatın vunderkindi Kafka sosial qorxu və depressiyadan əziyyət çəkən yalnız bir adam idi. Praqada, dövlətə məxsus bir sığorta şirkətində çalışırdı. Bu onun üzərində bürokratiyanın və ümumiyyətlə həyatın mənasız olduğu duyğusunu oyadıb. Miqren, stress, yuxusuzluq kimi sıxıntılarının yanına, necə deyərlər dərddən xərçəng də əlavə olunub. 40 yaşında həyatını itirib.Hazırladı: Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler