Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Depozitlerin dollarlaşma seviyyesi aşağı enib

13 Ağustos 2016

7:12 pm


13/08/2016 [23:10]: xeber –
“Manatla depozitlərin müddət strukturunda cari ilin birinci yarısında dəyişiklik baş verib. Manatla müddətli depozitlər dövr ərzində 0,4%, tələb olunanadək depozitlər isə 10,6% artıb”.sayt xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) pul siyasəti icmalında bildirilir.“Hesabat dövrü ərzində geniş pul kütləsi (M3) 2% azalaraq 20851,5 milyon manat olub. M3 pul aqreqatının M2 pul aqreqatından fərqli olaraq azalma nümayiş etdirməsi xarici valyutada əmanət və depozitlərin azalması ilə əlaqədardır.Belə ki, 2016-cı ilin birinci yarısında xarici valyutada əmanət və depozitlərin M3 pul aqreqatında xüsusi çəkisi ilin əvvəlində 59,2% olduğu halda, I yarımilin yekunu üzrə 53% təşkil edib.Xarici valyutada depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi isə ilin əvvəlində 76,4% təşkil etdiyi halda I yarımilin sonuna 72,8% təşkil edib. I yarımildə fiziki şəxslərin manatla əmanətləri ilin əvvəlinə nəzərən 6,8% artdığı halda xarici valyutada əmanətləri 21,8% azalıb.Fiziki şəxslərin depozitlərinin dollarlaşması səviyyəsi ilin əvvəlindəki 85%-dən 80,6%-ə enib”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler