Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Denizde batan iki bacının ölümünün – Teferrüatı

05 Ağustos 2016

1:00 pm


05/08/2016 [16:58]: xeber –
Avqustun 2-də Bakının Novxanı çimərliyində iki bacı dənizdə batıb. Göyçay rayon sakinləri – 2000-ci il təvəllüdlü Əliyeva Səmayə Vasif qızı və onun bacısı, 2002-ci il təvəllüdlü Aytac dənizdə çimərkən boğularaq ölüblər.Məlumata görə, bacılar Bakıya qohumlarının evinə gəzməyə gəlibmişlər. sayt xəbər verir ki, Musavat.com-un əməkdaşı hadisə yerinə baş çəkib və hadisənin necə baş verdiyini öyrənməyə çalışıb.Qeyd edək ki, bizim əraziyə çatdığımız vaxt artıq ikinci bacının meyiti də dənizdən tapıldı və morqa aparıldı. Hadisə ilə bağlı məlumat almağa çalışsaq da dəniz kənarında mərhumun ailəsindən və qohumlarından kimsəyə rast gələ bilmədik. Axtarış əməliyyatını həyata keçirən polis əməkdaşlarının dediyinə görə, qızlar dənizə anasının xalası və onun həyat yoldaşı ilə birgə gediblər. Mərhumların ailəsi Göyçay rayonunda yaşayırlar. Onların maddi durumu aşağı olduğundan qızlarını qohumlarının evinə yollayıblar. 1 ay imiş ki, qızlar Bakıda qalırmış. Bədbəxt hadisə baş verməzdən bir gün öncə bacılar Göyçay rayonuna getməli imiş. Lakin həmin gün dənizə getmək istəyiblər və Göyçaya qayıtmağı bir gün təxirə salıblar. Elə həmin gün də bu hadisə baş verib və ata evinə qara xəbərləri gedib.Hadisə necə baş verib?Avqustun 2-də Əsmayə və Aytac bacıları günorta saatlarında qohumları ilə birgə Novxanı çimərliyinə gəliblər. Polis əməkdaşlarının verdiyi məlumata görə, qızların üzdüyü yerdə burulğan yaranıb, bir anda dalğa onları dənizin dərinliyinə çəkib. Bu zaman qızlar boğulmağa başlayıb. Dənizin sahilində olan qohumları onları görüb. Xalasının həyat yoldaşı onları xilas etməyə çalışıb, lakin mümkün olmayıb. Burulğan onu da dənizin dərinliyinə çəkib aparıb, amma birtəhər xilas ola bilib. Həmin an ətrafda da onlarla insan olub və kömək çağırıblar.Hadisə barədə FHN-nin xilasetmə əməkdaşlarına xəbər verilib və axtarışa başlanılıb. Bacılardan böyüyü Aytac Əliyeva gecə saatlarında tapılıb. Səhər saatlarında morqa aparılıb və oradan isə Göyçay rayonuna yola salınıb, dəfn edilib.Kiçik bacının meyiti isə uzun axtarışlardan sonra çıxarılıb. Meyitin dənizdən çıxarıldığı vaxtdan bir saat keçməsinə baxmayaraq ətrafda mərhumun qohumlarından heç kim olmayıb. Onları dənizə gətirən xalası da yox idi. Mərhumun nəşi xüsusi avtomobillə morqa, ekspertizaya aparılıb.Özünü ailənin qohumu kimi təqdim edən Ədalət adlı şəxs baş verən hadisə haqqında danışıb: “Mərhumlar haqqında onu deyə bilərəm ki, onlar imkansız ailənin uşaqları idi. Atası gözdən əlildir. Anası isə şəkər xəstəliyindən əziyyət çəkirdi. Bu səbəbdən də qızlarını Bakıya qohumugilə göndəriblər. Bir neçə gündür ki, şəhərdə yay tətili üçün gəliblərmiş. Anasının xalasını yaxından tanımıram. Harada yaşadıqlarını, adlarını belə, bilmirəm. Bacılardan biri hansısa məktəbə imtahan verəcəkmiş. Bildiyim bu qədərdir. Allah rəhmət eləsin”.Ekspertiza rəyiMeyitin üzərində aparılan ekspertizalar isə suda boğulma faktını təsdiqləyir. Ekspertiza aparan Anar Azayev bu barədə danışıb: “Aparılan ekspertiza nəticəsində boğulma faktı qeydə alınıb və heç bir şübhəli izə rast gəlinməyib. Suda boğulmalarda ekspertə rəy vermək daha asandır. Hər iki burun ətrafında ağımtıl bozumtul rənglər var idi. Ona “xruşevskiy ləkə”si deyirlər. Yəni ölüm hadisəsi suda baş verib. Biri var, kənarda ürək tutur ölür. Digəri isə suya düşür. O zaman insanlarda “xruşevskiy ləkə”si əmələ gəlir. Amma insan ki, suda boğulur, çıxır və hava ilə təmas zamanı ağciyərdəki hava xaric olanda köpüklü maye olur. Bunu da ilk dəfə sübuta yetirən alim Xruşevskiy olub və bu xəstəliyə də onun adi verilib. Ekspertiza zamanı heç bir izə rast gəlmədik. Qollarında sıyrıq izləri və döş nahiyəsində köhnə yanıq izləri var idi. Qol və alın nahiyələrində daşa çırpınmalar var idi. Bacıların digərində isə bu kimi hallara rast gəlinmədi”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler