Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Denizçilerimiz mükafatlandırıldı – Fotolar

13 Ağustos 2016

6:00 pm


13/08/2016 [21:59]: xeber –
Azərbaycan hərbi dənizçilərinin də iştirak etdikləri “Beynəlxalq Ordu Oyunları -2016” yarışları çərçivəsində keçirilən “Xəzər kuboku – 2016” müsabiqəsinə yekun vurulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mükafatlandırma mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının müavini, birinci dərəcəli kapitan Sübhan Bəkirov, Rusiya Federasiyası Xəzər Donanmasının komandanı, kontr-admiral Sergey Pinçuk və Dağıstan Muxtar Respublikasının rəsmi nümayəndələri iştirak ediblər. “G-124” gözətçi gəmisinin zabiti, baş leytenant İsrail Məmmədov nümayiş etdirdiyi bacarıq və peşəkarlığa görə fərdi mükafata layiq görülüb. “Xəzər kuboku – 2016” müsabiqəsində ümumi nəticələrin bal hesabına uyğun olaraq, komandamız ikinci yerə layiq görülərək xüsusi medalla təltif edilib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler