Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“DemirBank”da 7/24 valyuta mübadilesi imkanı

08 Temmuz 2016

12:44 pm


08/07/2016 [16:40]: xeber –
“DəmirBank”ın mərkəzi filialı fasiləsiz valyuta mübadiləsi xidmətini təklif edir. Müştərilər Nizami küçəsi, 111 ünvanında (“Landmark” ilə üzbəüz) yerləşən mərkəzi filialında həftənin 7 günü, 24 saat (bayram və qeyri-iş günləri daxil olmaqla) sərfəli məzənnə ilə valyuta mübadiləsi əməliyyatlarını həyata keçirə bilərlər. Mərkəz filialının təqdim etdiyi xidmətlər yalnız bununla məhdudlaşmır. Belə ki, Bankın müştəriləri istənilən vaxt cari və əmanət hesablarına mədaxil, kredit sifarişlərinin və ödənişlərinin qəbulu, plastik kart əməliyyatları, təcili pulköçürmə sistemlərinin xidmətlərindən istifadə, kommunal ödənişlər, mobil rabitə operatorları, habelə internet provayderlər və kabel televiziya şəbəkələri üzrə abunə haqqlarını ödəyə bilərlər.Ölkənin ilk kommersiya bankı olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Bankla əlaqə saxlamaq üçün:Məlumat Mərkəzi (012) 149 http://www.demirbank.az/facebook.com/demirbank.az




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler