Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

DemirBank manat emanetleri üzre faiz derecelerini artırdı

15 Ağustos 2016

1:08 pm


15/08/2016 [17:06]: xeber –
DəmirBank manat əmanətləri üzrə faiz dərəcələrini artırdı. Belə ki, DəmirBank-da əmanət yerləşdirilmiş müştərilər illik 17%-dək gəlir əldə edə bilərlər. Banka 1 ay müddətinə yerləşdirilmiş manat əmanətləri üzrə illik 11%, 1 illik əmanətlərə isə illik 15% təklif edilir ki, bu da müştərilərə qısa müddətdə də gəlirlərini artırmağa imkan yaradır.Bu kampaniyadan istənilən şəxs minimum 100 AZN ilkin mədaxil edib əmanət hesabı açdırmaqla yararlana bilər. Əmanət hesabını isə DəmirBank-ın istənilən filialında açdırmaq mümkündür.DəmirBank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin DəmirBank-da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir. Hazırda məbləğindən asılı olmayaraq qorunan manat əmanətləri üzrə faiz dərəcəsinin yuxarı həddi 12% təşkil edir. Müştərinin istəyinə əsasən əmanət sığortalanan faiz dərəcəsi ilə də yerləşdirilə bilər.Qeyd edək ki, DəmirBank ASC-nin nizamnamə kapitalının 50 000 000 manat artırılması qərarı verilib. Əlavə səhm emissiyası nəticəsində Dəmirbank-ın səhmdar kapitalı 3 dəfə artaraq aktivlərindəki payına görə ölkənin ən yüksək kapitallaşmaya malik olan maliyyə təşkilatlarından birinə çeriləcəkdir. Ölkənin ilk kommersiya banklarından biri olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. Bankla əlaqə saxlamaq üçün:Məlumat Mərkəzi :  (012) 149  http://www.demirbank.az/?/az/www.facebook.com/demirbank.az


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler