Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“DemirBank” ATM şebekesini genişlendirir…

14 Temmuz 2016

1:24 pm


14/07/2016 [17:23]: xeber –
Bakı və regionlarda geniş xidmət şəbəkəsinə malik olan “DəmirBank” müştərilərin rahatlığını düşünərək bankomatların sayını artırır. Əhalinin ən çox alış-veriş etdiyi və toplaşdığı əsas məkanlardan olan Metro Park, Port Baku, Ganjlik və 28 Mall-larda “DəmirBanka” məxsus ATM-lər yerləşdirilib.Müştərilər “DəmirBank”-ın ATM-ləri vasitəsi ilə ənənəvi xidmətlərdən başqa, Card-to-Card, Cash by Code kimi əlavə üstünlüklərdən yararlana bilərlər. Belə ki, Card-to-Card xidmətindən istifadə edərək, pul vəsaitlərini bir kartdan digər karta tez və rahat şəkildə köçürmək mümkündür. Bu xidmət kredit xəttinin ödənişi üçün də əlverişlidir. Cash by Code xidmətinin əsas üstünlüyü isə Banka yaxınlaşmadan ATM vasitəsi ilə 5 manatdan 500 manatadək pul göndərmək imkanıdır.Həmçinin, DəmirBank həftənin bütün günləri 24 saat fasiləsiz müştəri xidmətinin inkişafı məqsədilə müştərilərə Banka məxsus terminallar vasitəsi ilə geniş çeşiddə məhsul və xidmətlər üzrə ödənişlərin aparılması imkanını yaratmışdır. Hazırda Cash-in terminallarında kredit ödənişləri, cari hesaba mədaxil kimi bank əməliyyatlardan əlavə kommunal xidmət, mobil rabitə, internet, kabel TV və digər ödənişləri həyata keçirmək mümkündür.Bank müştəri xidmətinin yaxşılaşdırılması istiqamətində görülən işləri davam etdirir və bu məqsədlə gələcəkdə terminal sayının artırılması və yeni xidmətlərin əlavə edilməsi gözlənilir.Bankla əlaqə saxlamaq üçün:Məlumat Mərkəzi : (012) 149 http://www.demirbank.az/ www.facebook.com/demirbank.az




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler