Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Dedi uşağı sene qaytararam, amma bir qurban kesersen”

05 Ekim 2016

2:20 pm


05/10/2016 [18:12]: xeber –
“Zəif görünən o tayfanı (möminləri) yer üzünün daim xeyir- bərəkət verdiyimiz Şərq tərəflərinə varis etdik”. “Quran” “Əraf” surəsi, 137-ci ayəAllahın sevimli dostlarından Şeyx Hacı Tapdığı və Yunis Əmrəni ziyarət etmək Qax rayonunun Oncallı kəndinə yola düşürəm. Tarixi mənbələrdən məlum olduğu kimi, Hacı Tapdıq böyük sufi mütəfəkkiri və dövrünün övliyası kimi tanınmış və bir çox İlahiyyat alimlərinin, şeyxlərin yetişməsində əməyi olmuşdur. O cümlədən böyük sufi şairi Yunis Əmrə də seyr və sülukunu onun yanında tamamlamışdır. Şairin yazdığına görə 40 il mürşidi Hacı Tapdığa xidmət etmiş və ondan mənəvi elmləri əxz etmişdir. Yunis meşədən odun qırıb gətirərkən, həmişə ağacın düzünü gətirərmiş. Bunun səbəbini soruşanda deyib: “Qırx ildir mürşidimə xidmət edirəm, onda əyri bir şey görmədim. Qoy odunlar da düz olsun”.Bektaşi rəvayətnaməsində Yunis Əmrənin gəncliyi haqqında belə bir rəvayət var: “Rum eli qariyələrindən birində Yunis adlı bir fağır vardı. Rəncbərliklə məşğul olurdu. Bir il quraqlıq olduğundan Yunisin ruzisi tükəndi. Dövrün övliyası və alimi kimi tanınan Hacı Bektaşın yanına gəlib, buğda istədi. Bektaş Vəli onu bir müddət dərgahında saxladı. Yunis getmək istəyəndə Şeyx ona sifariş göndərdi: “Buğdanı istəyir, yoxsa ərənlər himmətini?”  Yunis çox şeylərdən qafil olduğundan  buğdanı istədi. Bektaş Vəli təkrar xəbər göndərdi: “İstərsə o, alacaq hər dənəsinə nəfəs edəyim”. Yunis yenə buğdanı istədi. Bektaş Vəli üçüncü dəfə xəbər göndərdi: “İstərsə hər çəyirdək sayınca himmət edəyim”. Yunis yenə buğdada israr etdi. Buğdanı götürüb güdəndə yolda öz cahilliyini dərk etdi və Şeyxin hüzuruna qayıdıb üzr istədi”.Sonralar mənəvi dünyasını zənginləşdirmək üçün Yunis Əmrə Azərbaycana gələrək Şeyx Tapdığa intisab etdi.Şeyx Yunisin Oncallı kəndindəki  qəbri üzərində ərəbcə kitabənin  tərcüməsi  aşağıdakı kimidir:“Biz torpaqdan günahsız yaranmışdıq, torpağa isə, günahkar qayıdırıq. Bu qəbri məşhur Şeyx Yunisin xatirəsini əziz tutmaq üçün, Mirzə ibn Çələbi məşhur Soltan ibn Saleh ibn Məhəmməd ibn Məhəmməd Zaman (ibn) İmam-Əli Allah onları bağışlasın- 821-ci il tarixdə bina etdi”.  (Tərcümə AMEA-nın əməkdaşı, etnoqraf Alim  Məşədixanım Nemətə məxsusdur.)Şeyx Hacı Tapdığın həmin məzarlıqdakı qəbri üzərindəki daş  kitabənin tərcüməsi isə, belədir:“Rəhimli və mərhəmətli olan Allahın adı ilə. Hər iki dünyanın Rəbbinə həmd olsun.Onun yaratdığı Məhəmmədə və onun nəslinin hamısına salam və salavat. Bu evi (qəbr evini) Şeyx Mirzə ibn Çələbi və Salman ibn Saleh 1207-ci ildə bina etdirmişdir”.Hər iki kitabədəki tarixlər şeyxlərin dəfn tarixlərini deyil, qəbirüstü abidənin bərpa tarixlərini göstərir. Həmçinin birinci kitabə ilə ikinci kiyabənin qoyulması arasında çox böyük zaman fərqi vardır. Qəbirləri bərpa edən şəxslər də eyni nəsildən olub, eyni adları daşısalar da, müxtəlif əsrlərdə yaşamış və təkrar adları daşımış adamlardır.Tarixi mənbələrdə Yunis Əmrənin Sakariya çevrəsində – Sarıköydə, hicri tarixlə 648-ci (miladi-1250) ildə doğulduğu, məşhur sufi mütəfəkkiri Mövlanə Cəlaləddin Ruminin (1207-1273) və Sufi Şeyxi övliya Hacı Bektaş Vəlinin müasiri olduğu, 72 il ömür sürdüyü Qax rayonunun Oncallı kəndində Hacı Tapdıq babanın müridi olduğu və miladi tarixlə 1320-ci ildə vəfat edərək Oncallı qəbirstanlığında dəfn olunması haqqında təkzibolunmaz faktlar mövcuddur.Şeyx Hacı Tapdıqın və Şeyx Yunisin qəbirləri dünyanın hər yerindən gələn zəvvarların ən sevimli ziyarətgahıdır. Son dövrlərdə Türkiyə Prezidenti Abdulla Gül də bu şərif məzarları ziyarət etmişdir.  Biz də öz növbəmizdə bu müqəddəsləri ziyarət etdik və orada rastlaşdığımız maraqlı əhvalatları qələmə aldıq. Onlardan bəzilərini sayt-ın oxucularına təqdim edirik. Şabanova Nəzakət Xurşud qızı – Qax rayonunun Oncallı kənd sakini, ziyarətgahın xidmətçisi: – Atam da ölənə qədər bu müqəddəslərə xidmət edib, indi də  mən xidmət edirəm. Mənim bura gəlişimin maraqlı tarixçəsi var. Həyat yoldaşım rəhmətə gedəndən sonra körpə uşaqları saxlamaq mənimçün ağır idi. Maddi çətinlik çəkirdim. Bir gün bu ziyarətgaha gəlib Allaha dua etdim ki, bu övliyalar xatirinə mənə ruzi yolu açsın. Həmin gecə yuxuda gördüm ki, burada ziyarətçilərə çay paylayıb, xidmət edirəm. Səhər açılanda gördüm buranın mollası İbrahixəlil kişi bizə gəldi  və təklif etdi ki, gəl bu ziyarəygahda xidmətçi işlə. O gündən gəlib, burada zəvvarlara xidmət edirəm. Bir gün qardaşım Hacalı xəstələnmişdi, atam nəzir etdi ki, oğlum sağalsın, ziyarətgahda bir otaq tikərəm. Niyyəti hasil oldu, amma, otağı tikəndə çox çətinlik çəkdi. Sovet dövrü idi, imkan vermirdilər. Tez-tez gəlib tikdiyini sökürdülər. Nəhayət gəlib gecə tikdi.Nəvəm Sabirdə sudurğa vardı – deyə, Nəzakət xanım söhbətini davam etdirir – gətirdim ziyarətgaha, Allaha dua etdim ki, uşaq sağalsın, burada qoç qurbanı kəsərəm. Həmin gündən sonra uşaqda sudurğa olmadı. Qurbanımı kəsdim. Bir gün yuxuda gördüm həmin nəvəm suda axır. Bu vaxt bir ağsaqqal, ağ əmmaməli nurani bir kişi göründü, dedi: “Qorxma, uşağı sənə qaytararam, amma bu uşaq üçün bir qurban da kəsərsən”.  Belə deyib, uşağı tutdu və mənə qaytardı. Mən də deyilənə əməl edib, daha bir qurban da kəsdim.Böyük sufi şairi Yunis Əmrənin şerlərindən bir neçəsini diqqətinizə çatdırıram: Səni(Mürşidi Hacı Tapdığa)Dağlar ilə, daşlar iləÇağırıram, Mövlam, səni!Səhərlər də quşlar iləÇağırıram, Mövlam, səni!Göy üzündə İsa ilə,Tur dağında Musa ilə,Əlindəki əsa iləÇağırıram, Mövlam, səni!Dərya dərdli Eyyub ilə,Gözü yaşlı Yəqub ilə,O Mühəmməd məhbub iləÇağırıram, Mövlam, səni!Şükr etdiyim Allah ilə,Dildə “Qulhivallah” ilə,Daima zikrullah iləÇağırıram, Mövlam, səni!Gördüm bu dünyanın halın,Tərk eylədim qeylü qalın,Başı açıq, ayaq yalınÇağırıram, Mövlam, səni!Yunus oxur dillər ilə,O şeyda bülbüllər ilə,Haqqı sevən qullar iləÇağırıram, Mövlam, səni!Tanrı Nurdan YaratdıTanrı nurdan yaratmış, Canını Mühəmmədin.Aləmə dayaq vermiş,Sanını MühəmmədinMühəmməd bir dənizdir,Dünyanı tutub durur.Yetmiş min peyğəmbər varKönlündə Mühəmmədin.Dünya malın tutmadı,Əmanət heç artmadı,Dərzi Nəcib tikmədiDonunu Mühəmmədin.Tanrı aslanı ƏliSağında Mühammədin.Həsən ilə HüseyinSolunda Mühəmmədin.İldə yetmiş min hacıHər biri niyyət eylər.Gedib ziyarət eylərNurunu Mühəmmədin.Yunus dədəm eşqlidir,Könlü yoxsul köşklüdür,Hər kimsə yeyə bilməzNanını Mühəmmədin.* * *Xor baxma sən torpağa, Torpaqda nələr yatır.Hanı bunca övliya,Yüz min peyğəmbər yatırBir qəribsən bu dünyada,Gəl dönəlim Haqqa, könül.Dərdin dəxi çoxdur sənin,Gəl dönəlim Haqqa, könül.İşi-gücü cövrü-cəfa,Dünya kimə qıldı vəfa.Hanı Məhəmməd Mustafa,Gəl dönəlim Haqqa, könül.Əbu Bəkir Sıddıq Vəli,Odur peyğəmbərin yarı.Hanı Ömər, Osman, Əli,Gəl dönəlim Haqqa, könül.Bir gün olub əcəl gələ,Qullar qulluğunda qala.Cümlə aləm torpaq ola,Gəl dönəlim Haqqa, könül. Paşa Yaqub – tədqiqatçı-yazıçıQax – Bakı Müəllifin arxivi: moderator.az/search?q=pa%C5%9Fa%20yaqub


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler