Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Dede”nin intiqamı “Kabus”dan alındı

20 Ağustos 2016

3:04 pm


20/08/2016 [19:03]: xeber –
“Qanun oğrusu” Rövşən Lənkəranskinin ölümü də özü kimi əfasənəyə çevrildi. Azərbaycanla yanaşı Türkiyə və Rusiyada da gündəmin ən aktual mövzusu Rövşən Lənkəranskinin ölümü oldu. Hər bir mətbu orqanında Lənkəranskinin ölümü haqqında yazıldı, onu kimlərin öldürə biləcəyi ehtimalları irəli sürüldü. sayt Türkiyə mediasında yer almış belə yazılardan birini təqdim edir. “Dədə”nin intiqamı “Kabus”dan alındıAzəri əslli rus mafiya babası Rövşən Caniyevin Beşiktaşda bir qovşaqda çarpaz atəşlə öldürülməsi Rusiyada da hadisəyə çevrildi. Rus təhlükəsizlik qüvvələrinə görə bu sui-qəsd hesablaşmaq məqsədi ilə törədildi. İstanbulda öldürülən “Kabus” ləqəbli Caniyev  Rusiyanın son gerçək mafiya babsı deyilən “Dədə” ləqəbli Aslan Usoyanın ölümündə təqsirkar bilinirdi.  İstanbulun Beşiktaş əyalətində 17 Avqust gecəsi bir oteldən çıxdığı zaman maşınına çarpaz atəş açılaraq öldürülən 41 yaşlı Rövşən  Caniyev sui-qəsdinin pərdə arxasıyla bağlı maraqlı iddialar var. Rusiyanın “Rosbalt” xəbər agentliyinə açıqlama verən Rusiya təhlükəsizlik qüvvələrinə yaxın bir mənbəyə bildirib ki, 65 güllədən sonra Caniyevin ölməsi ilə nəticələnən hadisələr zənciri 3 il əvvəl başlayıb.  16 yanvar 2013-cü ildə Rusiya kriminal dünyasının ən mühüm simalarından “Dədə Həsən” ləqəbli yezidi kökənli rus mafiya babası Aslan Usoyanın öldürülməsində “Lənkəranski” ləqəbli Rövşən Caniyev günahlandırılırdı. “Rusiyanın son gerçək mafiya babsı” kimi tanınan Usoyanın öldürülməsindən sonra ölkədəki kriminal aləm qarışdı.  Rusiyada mafiya dairələri bu sui-qəsddə görə Canıyevi günahlandıranda, o da Rovshan Əliyev adı ilə   Türkiyəyə gedərək İstanbula yerləşdi.Caniyev öldürüldüyü gecə özünə yaxın dəstə üzvləri ilə bərabər olub. “Tsipa” ləqəbli Teymur Nemtsitsevirde, Dato Çuradze və daha bir neçə nəfərlə görüşüb. Gecənin irəliləyən saatlarında Caniyev çipə minərək oteldən ayrılıb. Ancaq ilk qovşaqda  üç nəfər silahlı avtomobili atəşə tutub. Açılan atəşlərin nəticəsində Caniyev öldürülüb.  “Rosbalt” xəbər agentliyinə görə, sui-qəsdin arxasında Laşi Şuşanaşvili, Yuriy Piçugin, Vasili Xristoforov və Nadir Salifov adlı mafiya üzvləri var. Bu adlar sui-qəsd üçün Türkiyədə silahlı bir kürd dəstəsinə pul ödəyib. Agentliyin iddiasına görə, yezidi əsilli mafiya atası “Baba Həsən”in intiqamı da bu şəkildə alınıb. Rəqiblərinin başına 5 milyon dollar mükafat qoyduğu Rovshan Caniyevin öldürülməsi ilə əlaqəli olduqları təsbit edilən 3 azərbaycanlı saxlanılıb. Polis hücumun Başakşehirdə öldürülən Aazərbaycanlı iş adamı Əli Həmidov cinayəti ilə də bağlı ola biləcəyi ehtimalını də dəyərləndirir. Zəhra  


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler