Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Dede Şemşirin şeirlerindeki millilik tanıdığım bir çox ustad senetkarlarda yoxdur”

20 Ağustos 2016

4:56 pm


20/08/2016 [20:55]: xeber –
Kökləri minilliklərə söykənən aşıq-ozan sənətinin nəhəng simalarından olan Aşıq Şəmşiri düşünərkən nədənsə gözlərim qarşısında nəhəng meydan canlanır. Sözlə musiqinin möcüzəsindən yaranan sənət əsərləriylə yaranan meydan sulayan haqq aşıqlarımız əsrlər boyu ən böyük meyar, tərəzi olan xalqın gözünün qabağında əsl sənət nümunələri yaratmışlar. Mən nağıllardan, dastanlardan, ağız ədəbiyyatından gələn “üç gün üç gecə”, “yeddi gün yeddi gecə”, “qırx gün qırx gecə” ifadələrinin çoxəsirlik köklərə, gələnəklərə bağlı olduğunu bilirəm. Müqəddəs Kitabımız “Qurani-Kərim”dən su içən, qaynaqlanan bu müqəddəs rəqəmlər minillərin sınağından çıxmış, həyatımıza, məişətimizə daxil olmuş, şüurlarımızda daşlaşmış heykələ dönmüşdür. Toyumuzun da, yasımızın da qoşa qanadına çevrilən bu müqəddəs rəqəmləri daha da müqəddəsləşdirən qüdrətli aşıqlarımız, elm-ürfan sahiblərimiz, məşhur din xadimlərimiz olmuşdur. Mən Kəlbəcər kimi bir yerdə, dağların qoynunda üç gün üç gecə dastan söyləyən Dədə Şəmşiri dinləyənlər arasında özümü də təsəvvür edirəm. “Barmağını kəssəydin, hiss etməzdi” el ifadəsinin yarandığı mənzərəni gözlərim önündə canlandırmağa çalışıram. Çəmənli-çiçəkli bahar könlümünAçıqdı, çiskini, dumanı yoxdu.Çəkilib qəlbimdən qara buludlar,Çovğunu, yağmuru, boranı yoxdu.Ağlasam, təsəlli gözüm üçündü,Mətləbin mənası sözüm üçündü,Çəkdiyim cəfalar özüm üçündü,Bir başqa kimsəyə ziyanı yoxdu.Şəmşir kimin kəməndində boğulmuş,Könlüm dəyirmandı – suyu sovulmuş.Varmı mərd əkilmiş, igid doğulmuş.Ha gəzirəm dağı, aranı, yoxdu.Bu misraları oxuyarkən sözlə rəsm çəkən, sənət əsəri yaradan ustadın Tanrı vergisi istedadına heyran olmaya bilmirsən.Qəribədir, böyük ustadlardan dərs almış Dədə Şəmşirin şeirlərindəki millilik, müasirlik, klassik aşıq şeirləri ilə çağdaş poeziyamızın sintezi tanıdığım bir çox ustad sənətkarlarda yoxdur. Bu, Dədə Şəmşirin nə qədər zəngin mənəviyyata, söz yatırına malik olduğunu göstərir. Bildiyimə görə, Dədə Şəmşirin Ağdabandakı dədə-baba ocağı erməni quldurları tərəfindən yandırılarkən 40 mindən çox şeir nümunəsi yanıb külə çevrilib. Üstəlik, bu ev-müzeydə Aşıq Şəmşirin atası, ustad sənətkarımız Ağdabanlı Qurbanın nadir əlyazmaları məhv edilib. Bu, böyük itkidir. Mən o yazılara canlı, tayı-bərabəri olmayan sənət nümunələri olduğu üçün itki deyirəm. Gənc tədqiqatçı-publisist Cəmilə Çiçəyin ustad sənətkarımız Aşıq Şəmşir haqqında cild-cild kitablar hazırlamasını alqışlayıram. Dünyada şər qüvvələrin ayaq açıb yeridiyi bir dövrdə Aşıq Şəmşir şeiri yer üzünü insanlığa, barışa çağırır. Bu bəşəri missiyanı təbliğ etməyin özü elə insanlığa xidmətdir. Dədə Şəmşiri çoxları yaxından tanıdığı, ondan xətir-hörmət, yaxşılıq gördüyü halda, bu boyda dağ ağırlıqda yükün altına zərif çiyinlərini verən bizim bu gözəl balamızdır.Mən sevinirəm ki, yeni gələn gənclik dədə-babalarının qoyub-getdiyi zəngin irsə sahib çıxır, onu qoruyur. Bu, xalqımızın gözəl ənənələrindən olan varislik əlaqəsinin itmədiyini göstərir. Kitabda Azərbaycanın bir çox görkəmli yazıçılarının, şairlərinin, elm adamlarının, şairlərinin, elm adamlarının, alimlərin yazılarını gördüm.Xalq Şairi Osman Sarıvəlli, filologiya elmləri doktoru Qulu Xəlilov, filologiya elmləri doktoru Məmmədhüseyn Təhmasib, şair Məmməd Aslan, filologiya elmləri doktoru Mürsəl Həkimov, filologiya elmləri doktoru, professor Sədnik Paşayev, filologiya üzrə fəlsəfə doktorları Qalib Sayılov, İlham Məmmədli və başqalarının ustad sənətkar haqqında yazıları kitablara bir axar-baxar, gözəllik gətirmişdir. Cəmilə Çiçəyin Dədə Şəmşirə həsr olunmuş “Sən dağlardan ayrılmadın…” kitabının böyük oxucu auditoriyası toplayacağına, uğur qazanacağına inanıram.Vasim MƏMMƏDƏLİYEV,AkademikCəmilə Çiçək (İsbəndiyarova). Sən dağlardan ayrılmadın. Bakı. “Azərnəşr”, 2013, 512 s.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler