Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dayısı öldürdü, ailesi 21 il sümüklerini gizletdi – DƏHŞƏTLİ HADİSƏ

22 Eylül 2016

2:00 pm


22/09/2016 [17:58]: xeber –
sayt xəbər verir ki, İzmirdə 21 il əvvəl dayısı tərəfindən boğularaq öldürülən gənc qızın ailəsi cinayəti gizlədərək sümükləri basdırıb. Ailə bu yaxınlarda evdən köçərkən 21 il gizlətdikləri sümükləri polis tapıb və cinayətin üstü açılıb. İzmirdə 21 il əvvəl dayısı tərəfindən boğularaq öldürülən Aynur T.-nin öldürülməsi ailəsi tərəfindən gizlədilib. Qadının cəsədi atası, anası və dayısı tərəfindən Bayraqlıdakı evlərinin önünə basdırılıb. İki il sonra həmin evdən köçərkən sümükləri basdırdıqları yerdən çıxararaq bir torbaya qoyurlar və Çiğlidəki evlərində gizlədiblər. Sümükləri burada da 7 il saxladıqdan sonra köçdükləri yeni evə aparıblar. 5 ay əvvəl itkin xəbərinə görə araşdırma aparan İzmir polisi cinayəti araşdırarkən qızın dayısı, atası və anası cinayəti etiraf edib. Anası 21 il gizlədikləri qızlarının sümükləri üçün gözyaşı töküb. Atası isə cinayəti dayısının törətdiyini deyib: “Dayısı öldürdü. Allah onun bəlasını versin, Allah onun cəzasını versin. Mən 76 yaşındayam, ilk dəfə polis bölməsi görürəm”. Qızın dayısı isə hadisənin səbəbi kimi qızın atası ilə dalaşmasını göstərib. Belə ki, tez-tez evə gec gələn Aynur T.-nın Bayraqlı mahalında mağazanın qarşısında atası ilə müzakirəyə başlayır. Mağazada oturan dayısı atayla qızın mübahisəsinə qarışır. Onları sakitləşdirdikdən sonra bacısı qızını götürərək meşəyə içki işməyə aparır. Bir xeyli söhbət etdikdən və içki içdikdən sonra hər ikisi meşədə yatıb qalır. Səhər oyananda isə bacısı qızını ölmüş vəziyyətdə tapır. Nə edəcəyini bilmədiyi üçün cəsədi götürüb evə aparır. Qızın anası ona spirtin təsirindən qızı öldürə biləcəyini və buna görə də polisə təslim olmağı söyləyir. Ancaq atası buna qarşı çıxaraq cəsədi basdırmağı və heç kimə hadisə barədə xəbər verməməyi tapşırır. Bu plandan sonra qızın cəsədini Bayraqlıdakı evlərinin həyətinə basdırırlar. 21 ildən sonra isə ailənin yaxınlarından biri İzmir Təhlükəsizlik Müdirliyinə qızın itməsi ilə bağlı müraciət edib. Cinayəti araşdırmaq üçün 4 xüsusi qrup yaradılıb.  Evdə axtarış aparan polislər qızın torpalarda gizlədilmiş sümüklərini tapanda qorxunc mənzərə ilə qarşılaşıblar. Bundan sonra qızın anası, atası və Mersində yaşayan dayısı həbs olunub. Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler