Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dayanacaqdan 25 min manat tapan qadın mükafatlandırıldı

18 Ekim 2016

11:48 am


18/10/2016 [15:47]: xeber –
Bir neçə gün əvvəl Türkiyədə rəfiqəsinin qızı ilə gəzintiyə çıxarkən avtobus dayanacağında içində 50 min TL (25 min AZN) olan pul kisəsi tapan Hənifə Öndərdən xəbər var.sayt “Habertürk”ə istinadla bildirir ki, həmin qadın bələdiyyə tərəfindən mükafatlandırılıb.Belə ki, qadının yaşadığı rayonun bələdiyyə sədri Rəmzi Aydın Hənifəyə baş çəkərək ona bu hərəkətinə görə təşəkkür edib və onların ailəsinə hər cür dəstəyə hazır olduğunu bildirib.Həmçinin bələdiyyə sədri qadının hərəkətini insanlığa örnək adlandıraraq ona iki maaş məbləğdə pul mükafatı da verib.Qeyd edək ki, avtobus dayanacağının yanında heç kimin olmadığını görən qadın 50 min TL (25 min AZN) olan paketi götürərək polis idarəsinə gedib. O, bundan əlavə, sosial şəbəkədə elan verərək pul sahibinin tapılmasının ən böyük istəyi olduğunu bildirib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler