Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Daxili işler nazirine ve baş prokurora MÜRACİƏT

29 Ağustos 2016

10:40 am


29/08/2016 [14:36]: xeber –
Cəlilabad rayon Əliabad kənd sakini Bünyatov Samir Ağakişi oğlu Moderatorşaz – a ünvanladığı şikayət məktubunda daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova şikayət edib.Müraciətdə deyilir:Hörmətli cənab nazir, hörmətli baş prokuror!Yazıb sizə bildirmək istəyirəm ki, mən Bünyatov Samir Ağakişi oğlu 1978 – ci ildə Əliabad kəndində anadan olmuşam. Ailəliyəm və azyaşlı övladlarım var. Bu il avqust ayının 26 – ı gecə saatlarında həmkəndlim Şahverdiyev Səfa Azadxan oğlu on beş yaşlı qızım Günayı (adı şərtidir) evimdən qaçırmışdır. Hadisədən xəbər tutan kimi gecə saatlarında Cəlilabad rayon polis şöbəsinə müraciət etdim. Hadisənin səhəri gün Şahverdiyev Səfa Azadxan oğlu polis tərəfindən saxlanıldı.Məlum oldu ki, qızımı qaçırdan Şahverdiyev Səfa Azadxan oğlu qızımı kəndə babasının boş qalmış evinə sxlayıb. Bir gecə qızımla ikisi orda qalıblar. Sizə müraciət etməkdə məqsədim adı çəkilən şəxsin qanun çərçivəsində cəzalandırılmasını istəməkdi. Mənim qızımın axı nə yaşı var ki, o, nəyəsə qərar versin. Bu namus məsələsidi. Əgər Şahverdiyev Səfa Azadxan oğlu törətdiyi cinayət əməlinə görə cəzalandırılmasa, mən namusumu təmizləməli olacam. Nəzərinizə çatdırım ki, adı çəkilən şəxsin əmisi oğlu Şahverdiyev Rəvazi Sənəf oğlu da bir neçə ay bundan qabaq kəndimizdə azyaşlı qızı qaçırmışdı.Hörmətli cənab nazir, hörmətli baş prokuror!Şahverdiyev Səfa Azadxan oğlu törətdiyi bu əməllə mənim namusuma ləkə gətirmişdir. Hal – hazırda Cəlilabad rayon polis şöbəsində saxlanılan bu şəxs azadlığa buraxılarsa, bu haqsızlıq olar. Mənim qızın uşaqdı və o, nəyəsə qərar vermək yaşında deyil. Mən bir valideyn kimi çox sarsıntı keçirirəm. Xahiş edirəm adı çəkilən şəxsin qanun qarşısında cəzalandırılması üçün Cəlilabad rayon polis şöbəsinə müxtəlif göstəriş və tapşırıqlarınızı verəsiniz. Öncədən sizə özüm və ailəm adından minnətdarlığımı bildirirəm.Tel: 050 – 508 – 85 – 99


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler