Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Daşkesende baş veren qasırğanın şok sirleri

27 Ağustos 2016

10:16 am


27/08/2016 [14:15]: xeber –
sayt xəbər verir ki, bu gecə Daşkəsən rayonunda baş verən güclü qasırğa yaşayış evlərinə və elektrik təsərrüfatına ciddi ziyan vurmuşdur.  Külək elektrik dirəklərini yıxdığından rayon qaranlığa qərq olmuşdur.Son dövrlər baş verən təbii fəlakətləri və təyyarə qəzalarını elmi-lədun üsulu ilə şərh edən tədqiqatçı-yazıçı Paşa Yaqub Daşkəsəndə baş verən qasırğanı da saytımıza şərh etmişdir. Yazıçının şərhini moderator.az-ın oxucularına təqdim edirik.“İnsanların öz əlləri ilə etdikləri pis əməllər, günahlar üzündən quruda və suda fəsad əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ, qasırğa baş verər, dənizlərdə gəmilər batar) ki, Allah bununla onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırsın və bəlkə, onlar tövbə edib pis yoldan qayıtsınlar”. “Quran”, “Rumlular” surəsi, 41.Elmi-lədun araşdırmalarımız göstərir ki, digər həyəcanlı hadisələr kimi, Daşkəsəndəki qasırğa da təsadüf olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluq yenə də özünü “Quran”ın rəmzləri olan 114 və 286 ədədləri ilə büruzə verir ki, bunlar da müqəddəs kitabın surələrinin və səhifələrinin sayı olmaqla, “Quran”ın kodları sayılır. Məsələn:1) Daşkəsəndəki qasırğa bu ilin mayın 5-də Lerikdə baş verən analoji hadisənin 114-cü günü baş vermişdir ki, bu da “Quran”ın kodu olmaqla, diqqətimizi müqəddəs kitaba yönəldir və baş verən hadisənin əslində Allahdan kodlaşdırılmış bir xəbərdarlıq olduğunu sübut edir.2) Qasırğada diqqət çəkən digər maraqlı məqam onun Azərbaycanda baş verən digər həyəcanlı hadisələrlə də riyazi şəkildə bağlanmasıdır. Belə ki, keçən ilin iyulun 21-də Balakən-Bakı qatarı reysdən çıxmış və həmin tarixdə Moskva-Gəncə reysi ilə uçan təyyarə Minvodda qəza enişi etmişdi. Hər iki hadisə ölkəmizdə həyəcanla izlənilmişdi. Hesablamalarımız göstərir ki,  Daşkəsəndəki qasırğa həyəcanı da həmin qəzaların 400-cü günü baş vermişdir ki, bundan “Quran”ın surələrinin sayını (114) çıxdıqda, müqəddəs kitabın səhifələrinin sayı (286) qalır və diqqətimizi təkrar olaraq bəşəri dəyərlər toplusu olan “Quran”a və orada yazılanlara tabe olmağın vacibliyinə  yönəldir:400 – 114 = 286Xatırladım ki, hazırda Kəbədə saxlanan və XVIII əsrə qədər (ərəblərin İslama baxışı dəyişənə qədər) çap olunub muzeylərdə qorunan bütün quranlar 286 səhifədə yerləşdirilib (vəhabilər hakimiyyətə gələndən sonra müqəddəs kitabın sözləri dəyişməsə də formatı dəyişib). 3) Xatırladım ki, analoji hadisə keçən ilin 29 oktyabrında Lənkəranda baş vermişdi. Belə ki, həmin gün yağan güclü yağış bölgədə güclü daşqınlara səbəb olmuşdur ki, bu da yolların və körpülərin sıradan çıxmasına, həmçinin, heyvanları sel aparmasına səbəb olmuşdur. Maraqlıdır ki, 302 gündən sonra bənzər təbii fəlakət Daşkəsəndə yaşanmışdır. Elmi-lədun hesablamalarımız göstərir ki, bu, rayonun nəqliyyat və rabitə  seriyası (kodu) olan 16 ədədi ilə əlaqədardır. Belə ki, 302 (!) ədədindən “Quran”ın kodu olan 286 ədədini çıxsaq, Daşkəsənin kodu sayılan 16 ədədi alınar və diqqətimizi bir daha haqqa, ədalətə, halallığa təslim olmağın vacibliyinə yönəldər:302 – 286 = 16“And olsun ki, Allah bütün bunları  hesablamış və təkrar-təkrar saymışdır”. Qurani-Kərim, 19:94Oxucları yormamaq üçün hesablamaları çox uzatmıram. Qısaca olaraq onu qeyd etmək istəyirəm ki, baş verən bu cür fəlakətlər yolun azmış (haqdan, ədalətdən, mənəvi dəyərlərdən uzaqlaşmış) millətimizə və onu idarə edənlərə Allahdan növbəti kodlaşdırılmış  xəbərdarlıqdır. Yaxşı olar ki, ağıl sahibləri bu xəbərdarlıqlardan nəticə çıxarıb, tövbə etsinlər. Ancaq bu yola qarşıdakı analoji fəlakətlərdən sığortalanmaq mümkündür. Bu və digər hadisələrin bir-biri ilə riyazi şəkildə bağlanması bir daha göstərir ki, bütün bunlar eyni bir prosesin (əvvəlki yazılarımızda bəhs etdiyimiz təmizlənmə prosesinin) tərkib hissəsidir və sayla, hesabla, dəqiqliklə gedir. Hesablamalarımız göstərir ki, bu proses tezliklə başa çatacaq və Azərbaycan təmizlənərək dünyanın mənəviyyat mərkəzinə çevriləcəkdir. Necə ki, Rəbbim buyurur:“Biz bir məmləkəti məhv etmək istədikdə bir nəfərin dili  dili ilə onun naz-nemət içində yaşayan başçılarına Allaha itaət etməyi, insanlara zülm etməməyi  əmr edərik. Lakin onlar  bu çağrışa məhəl qoymayıb pis-pis (günah) işlər törədərlər. Beləliklə, o məmləkətə əzab verilməsi haqqındakı hökm vacib olar və onu yerlə yeksan edərik”. “Quran”, 17:16


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler