Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Darbe Ərdoğanın özü terefinden teşkil olunub -Günün en axmaq tezisi”

16 Temmuz 2016

8:00 am


16/07/2016 [11:57]: xeber –
“Darbə yatırıldı. Türkiyəmizə, Türk millətinə, Türk dünyasına xeyirli olsun! Günün ən axmaq tezisi isə, darbənin Ərdoğanın özü tərəfindən təşkil olunması barədədir. Bu qədər bəsit düşüncə ilə siyasət yorumu təqdim etməkdən usanmadılar, utanmadılar. Məclisi Ərdoğan bombalatdı, qaldığı oteli özü bombalatdı, ölkə iqtisadiyyatına özü bilərəkdən zərbə vurdu, öz iqtidarının orduya nəzarət etməyəcək qədər zəif olduğunu özü nümayiş etdirdi…Bu tezisi mənimsəyənlər görünüşcə çevrəmizdə olan ciddi adamlardır, ancaq bir epizod bunların nə qədər bəsit düşüncə sahibi olduqlarını üzə çıxardı. Ərdoğanın da, AKP-nin də siyasətində kifayət qədər yanlış məqamlar var, ancaq kimsə öz iqtidarının nüfuzunu bu cür risq altına qoymaz. Burada ən böyük təşəkkür və tərif dinamik türk millətinə düşür. Tankların zirehini iman və iradə ilə deşdilər. Bir daha aydın oldu ki, millətdən sosial sifariş almayan hər hansı hərəkat uğursuzluğa məhkumdur.”Fazil Mustafa, Millət vəkili




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler