Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Danışıqlarda masaya hansı rayonların qoyulacağı ile bağlı razılıq elde olunmayıb”

07 Temmuz 2016

10:56 am


07/07/2016 [14:54]: xeber –

Rusiya xarici işlər naziri Sergey Lavrovun iyulun 5-də Yerevanda
keçirilmiş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri xarici
işlər nazirlərinin görüşündən dərhal sonra Bakıya gələcəyi gözlənilirdi. Ancaq səfər gözlənilən vaxtda baş
tutmadı.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi
brifinqdə məlumat verib ki, S.Lavrov iyulun 11-12-də Azərbaycana səfər edəcək.

Xatırladaq ki, Rusiya XİN başçısının səfəri zamanı aparılacaq danışıqların
əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli olacaqdı. Elə bu səbəbdən
də Lavrovun səfərinin vaxtının dəyişdirilməsi bəzi suallar doğurur.

Maraqlıdır, səfərinin vaxtı hansı səbəbdən dəyişdirildi? Olmaya, burada
da Ermənistanın hansısa formada təsiri var? Bəlkə, erməni tərəfi hələ də Dağlıq
Qarabağ münaqişəsinin həlli istiqamətində bəzi məsələlərdə Rusiyaya tabe olmaq
istəmir? Ümumiyyətlə Lavrovun Bakıya səfrindən hansı yenilikləri gözləmək olar?

sayt-ın mövzu ilə bağlı suallarına politoloq Cümşüd Nuriyev
aydınlıq gətirib.

C.Nuriyev ilk öncə Lavrovun Bakıya səfərinin vaxtının dəyişdirilməsi
səbəblərini açıqlayıb: “Lavrovun Bakıya əvvəlcədən deyilən vaxtda gəlməməsinin
birinci səbəbi Ermənistanla lazımi razılaşmanın əldə olunmaması ilə bağlıdır.
Burada başqa bir məsələ də var, yəqin ki, danışıqlarda masaya hansı rayonların
qoyulacağı ilə bağlı razılıq əldə olunmayıb və bu məsələ Moskvada yenidən
müzakirə olunmalıdır. Vaxtı ona görə uzatdılar ki, yeni razılaşma əldə olunsun.
Çünki Azərbaycanın əsas tələbi də bilavasitə ölkənin ərazi bütövlüyü çərçivəsində
Dağlıq Qarabağa istənilən statusun verilməsidir. Beş rayonla bərabər Dağlıq
Qarabağa aralıq statusunun verilməsi o deməkdir ki, artıq Dağlıq Qarabağa yeni
bir statusun istənilməsini gündəmə gətirmək üçün şərtlər istəyəcəklər. Bu da Azərbaycana
sərf eləmir”.

Politoloq daha sonra rus nazirin Bakıya səfərinin Dağlıq Qarabağ məsələsində
nə kimi əhəmiyyəti ola biləcəyinə də münasibət bildirib:  

“S.Lavrov iyulun 11-12-də Azərbaycana səfər edəcəyi ona görə gündəmə
gəlir ki, çoxsaylı planlar var, bu planların hansının həyata keçəcəyi isə bir qədər
şübhəlidir. Medvedyev planı, Lavrov planı, Kazan planı, Madrid variantı var və
bu planların hansının həyata keçiriləcəyi isə hələ tam razılaşdırılmayıb. Ona görə
də biz gözləmək məcburiyyətindəyik. Amma bu danışıqlar, daha doğrusu Ermənistanın
atdığı addımlar, Dağlıq Qarabağla bağlı son zamanlar göstərdiyi fəaliyyət, eyni
zamanda bu əldəqayırma qurumun ayrı-ayrı nümayəndələrinin çıxışları, erməni
palitoloqlarının münasibətləri birmənalı şəkildə göstərir ki, Azərbaycan düz
yoldadır.

İndi ABŞ da, Rusiya da çalışır ki, Azərbaycanı öz nəzarətində
saxlasınlar, onların himayəsi altında Dağlıq Qarabağ məsələsi həll olunsun. ABŞ-ın
da fəallaşması bununla bağlıdır, Ermənistanın da qızışdırılmasında əsas məsələ
budur. Ona görə də bu məsələlərdə bu tip hadisələr olacaq. Mənə elə gəlir
ki, bu danışıqlar hələ uzun çəkəcək. Çünki növbəti gəlişdə Azərbaycana hansı şərtlər
qoyulacağı bilinmir. Bu məsələlər hələlik konfedesial olaraq həyata keçirilir. Ümid edək ki, Dağlıq Qarabağ məsələsi Rusiyanın vasitəçiliyi
ilə həll olunsun. Çünki başqa həll yolu yoxdur. Rusiyanın nə qədər razılığı
yoxdursa, Qarabağ məsələsinin heç bir həlli yolu olmayacaq”.

Rumiyyə




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler