Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Danışıqlar dalana direndiyi halda…”

03 Eylül 2016

9:28 am


03/09/2016 [13:26]: xeber –
Elmar Məmmədyarovun Dağlıq Qarabağla bağlı mövqeyi kifayət qədər sərtdir və bu sərtlik ona görədir ki, vaxt gedir. Bu sözləri Axar.az-a açıqlmasında millət vəkili, politoloq Rasim Musabəyov deyib. Onun sözlərinə görə, mahiyyətcə ciddi danışıqlar getməlidir, ancaq ermənilər hazırda boyun qaçırırlar: “Məmmədyarov bu məsələyə orada toplaşan xarici işlər nazirlərinin diqqətini cəlb edə bilib. Onun Dağlıq Qarabağla bağlı mövqeyi kifayət qədər sərtdir və  bu sərtlik ona görədir ki, vaxt gedir. Paralel olaraq həmsədrlər eyni zamanda, Moskvada görüşürlər. Düşünürəm ki, bunun arxasınca Məmmədyarov Rusiya Xarici İşlər naziri Sergey Lavrovla da dialoqda olacaq. Danışıqlar nəticə vermədiyi və ənənəvi olaraq dalana dirəndiyi halda vəziyyət yenə gərginləşəcək. Hesab edirəm ki, bu, hamıya aydın olmalıdır”. Qeyd edək ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT üzv dövlətlərinin xarici işlər nazirlərinin Almaniyanın Potsdam şəhərində keçirilən qeyri-rəsmi toplantısında sərt çıxış edib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler