Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

DAK Resulzade ile görüş keçirib

31 Ekim 2016

12:12 pm


31/10/2016 [16:11]: xeber –

Bu
gün Dünya Azərbaycanlıları Konqresinin (DAK) qərargahında xalqımızın böyük şəxsiyyətlərindən
biri Məmmədəmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadənin 70 illik yubileyi
münasibətilə görüş keçirilib.

İnterpress.az xəbər
verir ki, görüşdə DAK həmsədri, xalq şairi Sabir Rüstəmxanlı Rəsulzadənin
keçdiyi ömür yolu haqqında danışaraq, Azərbaycana etdiyi müstəsna xidmətləri
xalqımızın unutmayacağını qeyd edib. Rəsulzadənin yadigarı olan Rəis bəyi təbrik
edərək, onun bu ölkədə babasının xidmətlərinə görə daim qürurla addımlamağa
haqqı olduğunu bildirib. Daha sonra DAK Azərbaycan nümayəndəliyinin rəhbəri
İsmayıl Ağayev, DAK idarə heyətinin üzvləri, Xəzər Emin, Adil Minbaşı, Zəlimxan
Məmmədli, tarixçi, türkoloq alimlər Dilavər Əzimli, Yadigar Türkel və b.
çıxış edərək Rəis Rəsulzadəni yubiley münasibətilə təbrik ediblər.

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler