Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dairevi demir yolunun esaslı temirine start verildi – Fotolar

09 Kasım 2016

12:44 pm


09/11/2016 [16:42]: xeber –
Bakı sərnişin – Pirşağı – Sumqayıt istiqamətində 29.2 km uzunluğunda dairəvi dəmir yolunun əsaslı təmir işlərinə start verildi.sayt xəbər verir ki,əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi həyata keçirir.  İşlər mərhələ-mərhələ aparılır. Hazırda 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi bu dairəvi dəmir yolunun Nərimanov – Böyükşor mənzilində 2.2 km uzunluğunda olan hissəsinin təmirinə başlayıb. “Dəmiryolservis” MMC-nin direktoru Əli Əşrəf Lütəlibəyovun verdiyi məlumata görə, hazırda torpaq yatağının işlənməsi prosesi gedir.Ümumiyyətlə, bu layihə həyata keçirildikdən sonra Bakı və Bakı ətrafı qəsəbə və kəndlərin əhalisinin, dəmir yolundan istifadə etməklə,  nəqliyyat problemi, qismən də olsa,  aradan qaldırılacaq. Bakı, 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başa rahat və təhlükəsiz şəraitdə çatacaq.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler