Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Daily Express”: Azerbaycan terror tehdidi riski yüksek olan ölkeler siyahısındadır

29 Temmuz 2016

7:52 am


29/07/2016 [11:50]: xeber –
Britaniyanın “Daily Express” qəzeti Avropada turistlər üçün təhlükəsiz ölkələr reytinqini tərtib edib. Oxu.Az xəbər verir ki, reytinq Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin məlumatı əsasında tərtib edilib və yay fəslində xaricdə istirahət etmək britaniyalılara tövsiyə xarakteri daşıyır. Siyahıya terror təhdidi riski yüksək olan İspaniya, Böyük Britaniya, Türkiyə, Belçika, Fransa, Almaniya və Rusiya kimi Avropa ölkələri daxildir. Azərbaycan, Ukrayna, İtaliya, Yunanıstan, Danimarka, İsveç, Qazaxıstan, Makedoniya, Avstriya, Kipr, eləcə də Bosniya və Herseqovina terror təhdidi riskinin yüksək olan ölkələr siyahısında yer alıb. Terror təhlükəsinin səviyyəsinin aşağı olan ölkələr siyahısına Albaniya, Belarus, Bolqarıstan, Gürcüstan, Xorvatiya, Finlandiya, İrlandiya, Lüksemburq, Monako, Monteneqro, Norveç, Portuqaliya, Rumıniya, Serbiya və Slovakiya daxildir. Təhlükəsiz ölkələr sırasında isə Çexiya, Estoniya, Macarıstan, İslandiya, Latviya, Lixtenşteyn, Litva, Malta, Moldova, Polşa, San Marin, Sloveniya və İsveçrə yer alıb.  


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler