Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dahi şairi güldüren Aşıq Əlesger şeiri

11 Kasım 2016

11:40 am


11/11/2016 [15:38]: xeber –
Böyük türk şairi Nazim Hikmətin Bakıya bir neçə dəfə
gəlməsi, hətta görkəmli yazıçımız Yusif Səmədoğlunun toyunda iştirak etməsi
haqqında yəqin məlumatlısınız. Hər halda bu barədə ən azı mətbuatda müəyyən məlumatlar
dərc edilib. Nazim Hikmətin iki dəfə Gəncədə olması haqqında, daha doğrusu bu səfərlərin
maraqlı detalları barədə isə yazılanlar o qədər də çox deyil. Bu mənada yazıçı,
dramaturq Altay Məmmədovun Nazim Hikmətin səfəri haqqında yazdıqları dəyərli mənbə
hesab oluna bilər. Altay Məmmədovun “Xatirələr işığı” kitabında “Nazim Hikmət Gəncədə”
adlı xatirə povesti də var və düşünürük ki, bu povestdə oxucuların marağına səbəb
ola biləcək detallar kifayət qədərdir.

 

Birinci yazı ilə
burdan tanış ola bilərsiz: http://www.moderator.az/news/158009.html

 

“…Nazim Hikmətin
qəribə gülüşü vardı. Elə bil varlığı sarsılırdı. İçəridən, lap dərinlikdən gəlirdi,
sürəkli olurdu.

 

Əkbər deyirdi:

 

– Gülüş indiki
halında Nazimin ən yaxşı dərmanıdır.

 

Gülüşün ən
böyük ustası, mənbəyi Süleyman Rüstəm. Məclislərdə mütəmadi ya məzəli əhvalatlar,
ya da lətifələr danışardı.

 

Göy-Göldə Əkbər
mənə dedi:

 

– Sən də çoxlu
lətifə bilirsən, niyə danışmırsan?

– Yaşım
düşmür,-dedim.

 

– Yaşa-zada
baxma, çox xoşlayır, danış, xalq ədəbiyyatıdır-sonra hardan düşdüsə dedi-Sən
Aşıq Ələsgərin toyda onu incidənlərə yazdığı həcvi əzbər bilirsən, gəl onu
danış. Aşıq Ələsgəri çox sevir Nazim.

– Onu heç
danışmaram.

Əkbər bir az
aralıda dayanmış Nazimə və Süleymana dedi:

– Altay Aşıq Ələsgərin
toy şeirini bilir, söyləmək istəmir.

– Niyə?-deyə
Nazim xəbər aldı.

– Utanır.

– Altay, bu ədəbiyyatdır,-dedi
Nazim Hikmət.

– Əkbər, üz
vurma,-dedim.

Sonra çıxış
yolu tapdım:

– Mən asta-asta
söyləyim, sən yaz, get oxu və babalı sənin boynuna. Özü də de ki, həcvin kim tərəfindən
yazıldığı da məlum deyil, aşıq Ələsgərin adına çıxırlar.

Əkbər:

– Bu lap
yaxş,-dedi,-şeir qalar bizdə.

Bir az kənara çəkildi,
Əkbər qələm-dəftər çıxardı.

Mən dedim:

– “Haydı, daqqa
papaq durma qabaqda..”

Sonra şeirin
yaranma tarixçəsini söylədim.

Bir neçə dəqiqədən
sonra ətraf Nazimin gülüşünə qərq oldu. Mən xeyli aralıdan tamaşa edirdim.

Və mənim heç
ağlıma da gəlməzdi ki, düz on il sonra Göy-Gölün sahilində, təxminən həmin yerdə
mən çəkinmədən Əziz Nesinə lətifələr söyləyəcəm. Əziz Nesini Nazim Hikmətin hər
addımı maraqlandırırdı. Nazimlə bağlı bir söz eşidən kimi qulaq kəsilirdi.

 

Göy-Göldən
qayıtdıq. Qonaq evində dincəldi. Bu gecə görüş vardı. Bakı radiosundan intervyu
almağa gəlmişdilər.

 

Nazim Hikmət
danışdı. Sonra intervyu verən fəhlə qızla söhbət elədi. Jurnalistlər istəyirdilər
ki, qız onların yazdıqlarını oxusun. Qızın dili onların yazdıqlarını tutmurdu. Nazim
Hikmət dedi:

 

– Təbii
danışmaq lazımdır. Qoyun necə düşünürsə, necə istəyirsə, eləcə də danışsın.

 

Maarif şöbəsi
müdirinin evində Nazim Hikmətin şərəfinə ziyafət düzəldilmişdi. Ziyafətdən
sonra görüşə getdik. Pilləkənləri çıxmaq çətin idi. İkinci mərtəbəyə çatanda
kimsə stul gətirdi ki, Nazim Hikmət dincəlsin. Acığı tutdu. Xüsusi qayğını, fərqləndirilməyi
qətiyyən xoşlamırdı. “Hamı necə, mən də elə”.

 

Ardı olacaq…

 

Rəşad


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler