Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Daha bir Qarabağ elili PA qarşısında özünü yandırmağa hazırlaşır…

02 Ağustos 2016

8:20 am


02/08/2016 [12:16]: xeber –
sayt-ın elektron poçtuna bir Qarabağ əlilinin şikayət məktubu daxil olmuşdu. Poçta gələn məktubların çoxluğundan onu vaxtında işıqlandıra bilməmişdik. Məktubunun saytlarda getməməsinə etiraz edən şikayətçi dönə-dönə bizdən həmin məktubu işıqlandırmağımızı xahiş edib.Biz qısa ixtisarla həmin məktubu təqdim edirik və qarşı tərəfə də cavab haqqı tanıdığımızı bəri başdan bəyan edirik: “Dünən avqustun 1-də Prezident Administrasiyasının (PA) binası qarşısında Prezident təqaüdçüsü 1-ci qrup Qarabağ əlilinin bir günlük aclıq aksiyası beş dəqiqəyə başa çatıb. Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) və polisin birgə səyi ilə etirazçı plakatı ilə birlikdə binanın qarşısından uzaqlaşdırılaraq Aparatın qəbul otağına götürülüb. Ənənəvi olaraq “prezidentin tapşırığı” ilə ayın ilk günündə vətəndaşları qəbul etməyə borclu olan, lakin bircə yol da olsa bu tapşırığa əməl edib kürsüdən xalq qarşısına enməyən səlahiyyət sahiblərinin heç olmasa köməkçilərinin qəbuluna yazmaq əvəzinə əlilə bir neçə daxli telefon nömrəsi verilib.Və bəlli olub ki, bu nömrələrin heç birində dəstəyi götürən yoxdur. Qəbul otağında etiraz aksiyasını mitinqə döndərən Qarabağ əlilini XDMX-nin “çanta eşələyənləri” və mülki geyimli “aparat şilləvuranları” axırı 15-32 nömrəsilə calaşdıra biliblər. Dəstəyin o başından 2-3 günə problemin çözüləcəyi sözü verilib.Yeri gəlmişkən, qəbul otağının qarşısındakı XDMX postuna qədər uzun növbə qurulub. Belə növbələr sovet dönəminin “talonla yağ, kolbasa, smetan” növbələrini xatırladır.”Ağ şalvara qara yamaq, kommunizmə-konstitusiya dəyişikliyinə gedirik biz”.Aksiyadan elektron yolla üzdə olan KİV bilgiləndirilsə də, heç kəs görünmədi. Bir həftəlik olayı “qaynar” sensasiya kimi sırıyan APA HOLDİNQ-in “Lent.az”-ı da içində olmaqla heç bir sayt, qəzet Qarabağ əlilinin PA-nın qarşısında aksiya keçirib özünü yandıracağı sensasiyasını canlı izləmədi. Görünür, tapşırıq almayıblar.Aksiyaya nədən isə Sabunçu icra hakimiyyətinin “buldozer xidməti”nə Sabunçu polisinin “şilləvuranlıq” dəstəyi verməsidir. Qarabağ əlilinə 25 il qabaq Nardaranda verilən bağda ev tikməyə Sabunçu RİH-in “komunxoz”u Həbib və memarı İsa heç bir məhkəmə qərarı, sənəd vermədən başçının adından qadağa qoyub. Polis, prokurorluq vətəndaşın bağına qanunsuz girib orada işləyən fəhlələri “icra qoçuları”nın döyməsinə, 3 maşın betonun, digər mal-materialın məhv edilməsinə nəinki hüquq qiyməti verir, əksinə, ”şilləvuranlıq” edirlər. Konstitusiyanın vətəndaşın hüququnu qorumağa borclu etdiyi bu qurumlar icra hakimiyyətinin əlaltıları kimi çıxış edirlər. Ümumiyyətlə, bağ sahələrinin icra hakimiyyətinə heç bir aidliyi olmasa da, vətəndaşın əmlakına yiyələnib, ”buldozerə əl atması” nə imana sığır, nə qanuna……Aksiya PA sözçüsünün telfonla verdiyi sözlə başa çatdı. Yazmağı bizdən, işıqlandırmağı KİV-dən.Məğrur Bədəlsoy, Qarabağ əlili


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler