Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Daha bir Nicar Rehimov aqibeti – Hüquq sisteminin ağırlıqqaldıranına zerbe…

14 Ağustos 2016

7:44 pm


14/08/2016 [23:38]: xeber –
Neçə gündür ki, mən də Azərbaycanımızın üçrəngli bayrağının Rio-da dalğalanacağı və dövlət himnimizin səsinin düşmənlərimizin qulağını batırcağı həsrəti ilə olimpiyaçılarımızın çıxışlarını çox böyük gərginliklə, izaholunmaz intizarla izləyirəm və etiraf edim ki, idmançılarımızın dalbadal uğursuz çıxışlarını gördükcə  peşmançılıq hislərindən xilas ola bilmirəm. İçimdə bir üsyan baş qaldırır ki, axı niyə biz vaxtında öz idmançılarımıza sahib çıxa bilmədik? Niyə Nicat Rəhimov Vətənindən perik salınaraq gedib Qazaxıstanın bayrağını qaldırmalıydı? Mən tam əminəm ki, ona qızıl medalı qazandıran təkcə yorulmadan çalışması deyildi, həm də onu qəbul etməyən Vətənindən, onun idman sahəsinə rəhbərlik edən “padşahlar”dan qisas almaq hissi idi və o bunu da bacardı və hamımıza bir gözdağı verdi…Amma gəlin görək təkcə idmançılarımızamı bu cür biganə münasibət bəslənilir? Bəs digər peşə sahiblərimiz, öz işlərinin biliciləri olan yzlərlə, minlərlə Nicat kimi oğullarımız…?Bəli, biz özümüzə, öz istedadlılarımıza zamanında sahib çıxa bilmirik, bəzən biganəlikdən, bəzən hikkə və paxıllqdan. Buna görə də hər addımda Allah bizi cəzalandırır…Heç kimə sirr deyil ki, gedib xaricdən kimlərisə tapıb gətirirlər, onlara külli miqdarda pul verib milliləşdirirlər, onların bir çoxu da gedib etimadı doğrulda bilmirlər, bizi pərişan duruma salırlar…Mən Nicatdan betər biganəliklə üzləşən, 22 il öncə Rusiyadakı yüksək vəzifəsindən imtina edərək Azərbaycana gəlməsinə görə peşman edilən unikal peşəkar bir dostumdan söhbət açacam. Əfqan Məmmədov Azərbaycan prokurorluq sistemində ən peşəkarlardan hesab olunurdu və istintaqı gözəl bilən 5 nəfərin adını çəkmək lazım gələndə hamı tərəddüd etmədən onun adını xatırlayırdı. Əfqan Məmmədov 90-cı illərin əvvələrindək Rusiyada prokurorluq orqanlarında yüksək vəzifələrdə çalışıb. Ona daha yüksək vəzifələr təklif olunmasına baxmayaraq 1994-cü ildə o vaxtkı baş prokuror Əli Ömərovun dəvəti ilə Azərbaycana gələrək burada prokurorluq orqanlarında çalışıb. Vaxtilə Sabunçu prokuroluğunda bir yerdə işlədiyi Zakir Qaralov baş prokuror vəzifəsinə təyinat alandan sonra Əfqan Məmmədov da vəzifə pillələrində irəliləyib. Bakı Şəhər Prokurorluğunda, Baş Prokurorluqda müxtəlif vəzifələrdə çalışıb və ən sonda 2005-ci ilədək Respublika Hərbi Prokurorluğunun İstintaq İdarəsinin rəisi olub. Vaxtilə səhv etmirəmsə Binəqədi və ya Sabunçu rayonunda müstəntiq işləyərkən adi bir şikayət ərizəsinin izi ilə mütəşəkkil cinayətkar dəstəni ifşa edib və eyni epizod üzrə 8 ölüm işini əhatə edən dəhşətli bir cinayətin üstünü açıb. Həmin şəbəkə yaşlı qadınları və başqa millətlərin nümayəndələrini öldürüb əmlaklarına, mənzillərinə sahiblənirmişlər. Amma günlərin bir günü onu prokurorluq orqanlarından perik saldılar  və Əfqan vəkillik fəaliyyəti ilə məşğul olmağa başladı. Vəkillikdə də istintaqdakı biliklərindən, peşəkarlığından müştərilərinin məhkəmə çəkişmələrində qalib gəlməsi üçün “xərcləyirdi”. Amma peşəkar vəkil olması görünür, bəzilərinə sərf etmədiyindən onu vəkillikdən də kənarlaşdırdılr və indi o mülki işlərdə nümayəndə kimi yenə də müştərilərinin hüquqlarını peşəkarcasına müdafiə edir. Mən Əfqan Məmmədov kimi peşəkar hüquqşünaslara qarşı bu cür yanaşmanı nəinki yanlış, həm də ölkənin hüquq sistemi üçün çox böyük itki hesab edirəm. Doğrudur, bu gün də onun kifayət qədər müştrəiləri var və maddi təminatı da pis deyil. Amma son vaxtlar bir neçə dəfə söhbət əsnasında vaxtilə Rusiyadakı o boyda vəzifəsini qoyub Azərbaycana gəlməsindən peşmançılıq çəkdiyinin və bu təəssüfü dilə gətirməsinin şahidi olmuşam. Mən heç şübhə etmirəm ki, əgər Əfqan Azərbaycana gəlmsəydi bu gün Rusiya Baş Prokurorluğunda ən yüksək postlarda idi. Amma Vətənində ona elə qurğular qurdular ki, başını götürüb qaçmağı son çarə hesab etdi. Nə gizlədim, mən bəzən vəkil kimi çıxdığım cinayət işlərində onunla məsləhətləşirəm və hər dəfə də heyrətimi gizlədə bilmirəm. Çünki onun intellektual səviyyəsi, peşəkarlığı və istintaqın hansı istiqamətdə aparılması məsələsindəki intuitv qərar qəbuletmə səriştəsi bu gün ölkənin hüquq sisteminin ən bərkgedən isimlərinə belə nümunə ola bilər. Nicat Rəhimov kimi. Bəla burasındadır ki, Nicat hələ 25 yaşında və o gedib qürbətdə belə hər şeyə sıfırdan başlayaraq özünü ikinci dəfə təsdiq edə bildi. Amma idmançılardan fərqli olaraq hüquqşünasların ikinci dəfə hər şeyə sıfırdan başlamaq şansları olmur, onlara qalan sadəcə təəssüf və xiffət hisləri olur…Bəhruz Bayramov, tanınmış vəkil


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler