Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Daha bir “Aprel şehidi”nin anası İcra Hakimiyyetinden ŞİKAYƏTLƏNDİ

06 Ağustos 2016

11:52 am


06/08/2016 [15:49]: xeber –
“- Nargilə bacı, Mehriban xanım Əliyeva şəhid analarına başsağlığı verdi. O məclisdə Siz də var idinizmi? – Elin, obanın, Vətənin bu ağır günündə Mehriban xanım biz şəhid analarını başına topladı. Məni düz Mehriban xanımın yanında otuzdurdular. Əlimdən tutub, təsəli verir, ovundurudu, neçə dəfə üzümdən öpdü. Elə ağlayırdı ki… O boyda prezidentin xanımı mənə təskinlik verirdi. Gör oğlum məni hansı mərtəbəyə qaldırdı. Heç yatsam yuxuma da girməzdi ki, nə vaxtsa Mehriban xanımla üz-üzə gələcəyəm. Necə sadə xanımdır. Hamımıza dedi ki, Vətən torpaqlarını azad edəcəyik. Şəhid övladlarımızın qanı yerdə qalmayacaq”. Ravil Novruzov şəhid olandan sonra ilk dəfə ailəsi ilə görüşümüzdə, anası Nargilə xanım demişdi bu sözləri mənə.Bu gün isə, telefonum zəng çaldı. Xəttin o başındakı kişi səsi dedi ki, “Aida xanım, yoldaşım Nargilə sizinlə danışmaq istəyir”. Əvvəlcə tanımadım. Dedi ki, aprel döyüşlərində şəhid olan Ravil Novruzovun anasıdır. Xatırladım.Şəhid anası Nargilə xanım ağlayırdı, hıçqırırdı, səsi çox əsəbi idi. Tez-tez boğulma tuturdu onu. Göz yaşları içərisində şikayətləndi, bunları dedı:“Xızı rayon İcra Hakimiyyətinin oğluma qoyduğu başdaşını sökdük, indi həyat yoldaşım təzəsini öz zəhməti ilə düzəldir. Çünki şəhidimizin qəbri seçilmirdi, görünmürdü. O gün yoldaşım Elmanı çağırıblar kənd icra nümayəndəliyinə, Xızı rayon İcra Hakimiyyəti başçısının müavini Azər Əlizadə ona deyib ki, .. “orada obyekt tikirsən? O qəbir itib-batmalıdır. Bizdən heç nə istəmə. Nə borcumuzdur, vermişik. Başdaşını düzəltmişik, məclisini yola vermişik. Ölünün məzarı da itməlidir…”.Yoldaşım gəlib evdə onların dediklərini söyləyəndə, az qala dəli olam. Biz oğlumuzun adına layıq olan başdaşı düzəldirik ki, görünsün, onun qəhrəmanlığı nəsillərə nümunə olsun, bunların dediklərinə bax…Bu gün nə olmuşdusa, gəlmişdilər həyətimizə ki, nə probleminiz var? Qovdum onları qapıdan.Yoldaşım tək-tənha işləyir, heç kimdən təmənnamız yoxdur. Onlara dedim ki, “sizdən heç nə istəmirik”. Bəyəm başdaşına xərclədikləri o pulu ciblərindən veriblər? Bilirəm ki, dövlət vəsaiti hesabına düzəltdirmişdilər… Hirsləndim, qapıma gələnlərə dedim ki “başdaşı üçün, məclis üçün nə qədər xərc çəkmisinizsə, qaytarıram özünüzə, ancaq rədd olub gedin həyətimdən!. Mən şəhid Ravilin anasıyam, ağlamayacağam sizin qabağınızda. Bir dənə küçə adı vermisiniz uşağıma, 2 aydır küçəyə bir lövhə də vurulmayıb. Heç mən o küçəni layiq bilmirəm oğluma”.Söylədim ki, mənim oğlum minnətli oğlan deyil, o, torpaq qurtarmağa gedib, torpaq satmağa yox. Vətən uğrunda şəhid olub. 5 dəfə sağlığında hərbi hissənin, Azərbaycanın  bayrağını dalğalandırıb. Medallarla, fəxrı fərmanlarıyla…  Mənim haqqım var bunları deməyə, ancaq onların haqqı yoxdur ki, deyələr “burda obyekt düzəldirsən”. Obyekti onlar düzəldirlər öz oğlanları üçün. Biz şəhid qəbri düzəldirik ki, gələcək nəsil tanısın.Özüm iflic adamam,  yenə nə qədər əsəb keçirdim. Bu günlərdə Neftçalada şəhid Elimdarın qəbrini ziyarətə getdim, oğlumun dostu olub, görərdiniz İcra Hakimiyyəti necə ad günü keçirdi. Binəqədi rayonu İcra Hakimiyyəti şəhid Emin üçün ad günü məclisi təşkil etdi. Halal olsun onlara. Şəhidləri ucaldırlar.Mən Mehriban xanımla görüşümdə gördüm ki, çox sadə adam idi. Ancaq Xızıda yerli İcra Hakimiyyətinin başbilənləri özlərini dağ başına çəkirlər. Bizi əskik tuturlar.Mehribanm xanımın bunlardan xəbəri yoxdur. Mən istəyirəm ki, Mehriban xanım bu əməllərdən xərədar olsun.Oğlum Talış kəndində postları işğaldan azad edib, qəhrəmanlıqla şəhid olub. Onun bu şücaətini bilsəydim, Mehriban xanımla görüşdə deyərdim. Bunları dostları ölümündən sonra danışıb. İndi başım ucadır ki, oğlum çox şücaətlər edib.Mənim heç kimdən təmənnam yoxdur, Ravilin haqqı üstümüzdə çoxdur. Öz gücümlə uşağımın qəbrini abadlaşdırıram, toyu olmadı, bəy otağı olmadı, mən də ona qəbrisatnlıqda bəy otağı düzəltməklə, ürəyimi soyutmaq istəyirəm… ancaq onlar bizi narahat edirlər…. Nə olar, bizi rahat rahat buraxsınlar”. Nargilə Novruzovanın zəngindən sonra, özümə gələ bilmirəm, ancaq ananın bu harayını yazmaq borcum idi. Yazmasaydım, şəhidlərin ruhu məni bağışlamazdı.Kimisə qınamağa, söyməyə isə söz tapmıram. Belə olanda adamın sözləri də tükənir. Bir onu bilirəm ki, İcra hakimiyyətlərinin gözünə bütün daş olan, torpaq olan yerlər pullu obyekt kimi görünür. (modern.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler