Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Daha 30 telebe Azercell-de tecrübe keçmek imkanı qazandı

19 Temmuz 2016

6:24 pm


19/07/2016 [22:20]: xeber –
Azercell Telekom-un tələbələr üçün elan etdiyi “Yay Təcrübə Proqramı-2016”-a qəbul və seçimlər artıq başa çatdı. Aparılan seçimlər nəticəsində 30 nəfər məzun və tələbə bu yay Azercell-in təcrübə proqramında iştirak etmək imkanı qazanıb. Əsasən Azərbaycan Diplomatik Akademiyası, Qafqaz Universiteti və Bakı Dövlət Universiteti tələbələrinin yer aldığı “Yay Təcrübə Proqramı” telekommunikasiya sahəsinin lideri olan Azercell-də təcrübə keçmək imkanı qazandıraraq universitetlərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək şansı yaradır. “Yay Təcrübə Proqramı” çərçivəsində mərhələlərlə seçilən gənclər 2 ay müddətində şirkətdə işləyib təcrübə qazanmaq imkanı əldə edirlər. Bundan əlavə, tələbələr telekommunikasiya sənayesi barədə birbaşa mənbədən bilik əldə edərək maraqlı və məsuliyyətli layihələrdə iştirak edirlər. Bu proqram gənclərin gələcək karyera inkişafına da yardımçı olur. Məlumat üçün bildirək ki, 16-25 may tarixlərində keçirilən seçimlərin ilk mərhələsi təqdim olunan müraciət formalarının dəyərləndirilməsindən ibarət olub. Növbəti mərhələyə dəvət almış tələbələr və məzunlar isə müxtəlif testlər, çalışmalar və müsahibələr vasitəsilə seçiliblər. Dəyərləndirmələr zamanı tələbələr və məzunlar akademik fəaliyyətləri, ixtisas üzrə nəzəri bilikləri və maraqları sayəsində fərqləniblər. Son seçim turu dəyərləndirmə və üz-üzə keçirilən müsahibələrdən ibarət olub.Sentyabrda başa çatacaq təcrübə proqramının sonunda gənclərə Azercell tərəfindən sertifikatlar təqdim olunacaq. Onu da bildirək ki, indiyə qədər 103 tələbə Azercellin “Yay Təcrübə Proqramı” çərçivəsində şirkətdə təcrübə keçmək imkanı qazanıb.Qeyd edək ki, Azercell Telekom daim istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində öz yerlərini tapmaqda yardımçı olur.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler