Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dağlıq Qarabağ münaqişesinin merheleli helli ile bağlı qerar…

22 Haziran 2016

3:52 pm


22/06/2016 [19:48]: xeber –
Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı qərar qəbul olunub. Rəsmi Bakı ilk dəfə prezidentlərin Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ probleminin həllində tərəflərin razılığa gəldiyi məqamları açıqlayıb. ANS TV-nin məlumatına görə, bu barədə prezident administrasiyası rəhbərinin müavini Novruz Məmmədov danışıb.Novruz Məmmədovun sözlərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunub. “Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibari ilə razılığa gəldilər” – deyə administrasiya rəhbərinin müavini bildirib. sayta açıqlama verən Qarabağ Azadlıq Təşkilatının  QAT sədri Aikif Nağı bildirdi ki, bu variant Azərbaycan üçün intihara bərabərdir:“ Bu məsələ 1995-ci ildən bu tərəfə tez-tez müzakirə olunub. Bu Azərbaycan üçün məqbul deyil. Ermənistanın maraqlarına xidmət edən amildir. 5 rayon qayıtsa bunun müqabilində Qarabağdakı qondarma rejimə status veriləs bu o anlama gələcək ki, qondarma rejim dünyada tanınacaq. Azərbaycanın da əli-qolu bağlı qalacaq. Dağlıq qarabağ 2 rayonla birgə itiriləcək. Biz yalnız Qarabağdakı rejimə heç bir status verilmədən 5 rayonu geri tələb etməli bundan sonra növbəti danışıqlara başlamalıyıq. Amma 5 rayonun qayıtması qondarma rejimə stastus verilməsi Azərbaycan üçün intihara bərabərdir.”




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler