Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dağlıq Qarabağ münaqişesinin dini esasları yoxdur -Rus Pravoslav Kilsesi

26 Ağustos 2016

7:32 am


26/08/2016 [11:31]: xeber –
Rus Pravoslav Kilsəsi Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində ardıcıl və dəyişməz mövqedən çıxış edir və fikir ayrılıqları ilə bağlı qanunlar çərçivəsində qarşılıqlı həll yollarının tapılmasına səy göstərir.Bu, Rus Pravoslav Kilsəsinin Azərbaycanın Rusiyadakı səfirliyinin Pravoslavların Parlamentlər Assosiasiyasının XXIII illik konfransının yekun deklarasiyası ilə bağlı müraciətinə cavab məktubunda bildirilir.sayt xəbər verir ki, bu barədə trend-ə səfirlikdən verilən məlumatda qeyd olunur.Məktubda deyilir ki, 1993-cü ildən başlayaraq, Moskva və bütün rusların patriarxının vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın dini liderlərinin görüşləri keçirilib. Bu görüşlərdə iştirakçılar dəfələrlə bildiriblər ki, Dağlıq Qarabağ münaqişəsinin dini əsasları yoxdur və siyasi xarakter daşıyır, millətlərarası düşmənçiliyin qızışdırılması isə xristianlıq və islam nöqteyi-nəzərindən günah sayılır.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler