Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dağlıq Qarabağ Azerbaycana bu yolla verile biler – Amerikalı hemsedrden AÇIQLAMA

11 Eylül 2016

8:56 pm


12/09/2016 [00:55]: xeber –
“Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması Dağlıq Qarabağa status verilməsi müqabilində ərazilərin bir hissəsinin Azərbaycana qaytarılmasını nəzərdə tutur”. Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “İnterfaks”a müsahibəsində bildirib. “Nizamlanma Dağlıq Qarabağa status verilməsi müqabilində ərazilərin bir hissəsinin Azərbaycana qaytarılmasını nəzərdə tutur. Bu nizamlanmanın şərtləri idi, lakin yeganə şərti deyildi. Qaçqınların qayıtması, beynəlxalq sülhməramlı qüvvələrin iştirakı da var. Bütün bu elementlər sülh yolu ilə nizamlanmanın şərtləridir və onların hamısı məlumdur. Bizə bütün bu şərtlərin birləşdirilməsi üsulunu tapmaq və sülh yolu ilə nizamlanmaya nail olmaq üçün tərəflərlə işləmək lazımdır, bundan qazanan region əhalisi olacaq”, – həmsədr əlavə edib. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler