Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dağıstanda pulsuz İslam Tibb Merkezi açıldı – FOTOLAR

07 Ekim 2016

5:44 am


07/10/2016 [09:42]: xeber –
Dağıstanda  müsəlmanlar üçün əhəmiyyətli hadisə baş verib. Paytaxt Mahaçqalada Rusiya tarixində ilk dəfə İslam qaydalarıan əməl etmək şərti ilə əhaliyə pulsuz tibbi xidmət göstərəcək tibb mərkəzi açılıb. Tibb mərkəzinin təsisçisi Dağıstan Respublikası Müftiliyidir. Burada xəstələri Məhəmməd Peyğəmbər əleyhissəlamın tibb elminə uyğun olaraq Müqəddəs Quran ayələri vasitəsi ilə də müalicə edəcəklər. Bunun üçün Dağıstanda  müvafiq təhsil almış diplomlu mütəxəssislər də var.  İslam Tibb mərkəzinin açılışını Allah Rəsulunun buyurduğu yollarla müalicə olunmaq arzusunda olanların sayının artması zəruri edib. Mərkəzin rəhbəri Dağıstanın Kazbek rayonunda baş həkim işləmiş Hasan-afandi Aripov  təyin edilib. Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler