Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“DAEK üzvü kimi bu gün geriye baxaraq qürur hissi keçirirem ki…”

10 Kasım 2016

9:28 am


10/11/2016 [13:27]: xeber –
AR Prezidentinin fərmanı ilə1994 – ci ildə NK yanında Dövlət Ali Ekspert Komissiyası (DAEK) yaradıldı. Komissiyanın sədri akad. Fərəməz Maqsudov, üzvləri isə akademiklərdən Böyükişi Ağayev, Teymur Bünyadov,  Telman Əliyev, Ramiz Qurbanov və professorlardan Yaşar Qarayev, Sudeyif İmamverdiyev, Əbdül Əlizadə, Şahlar Əsgərov, Akif Musayev və Əli Əlirzayev təyin edilmişdi. Bu komissiya üzvlərinin hamısını birləşdirən unikal cəhət onların eyni düşüncə sahibi olmaları və ümumi mənafeni şəxsi mənafedən çox üstün tutmaları idi. Komissiyanın qarşısında duran əsas məqsəd: ölkədə fəaliyyət göstərə 180 – dan çox özəl təhsil müəsisələrinin ekspertizasını aparmaq və hökümət qarsına təkliflə çıxış etmək idi.   O zamanlar Qərb Universitetinin və bir neçə başqa təhsil müəsisələrinin ekspertizasını aparmaq akad.Teymur Bünyadovla və mənə həvalə edildi. Universitetin yaradıcısı prof. H. Bağırov univeriseti yaratmaqda niyyətini belə ifadə etdi: “Ölkəmiz bir ictimai siyasi quruluşdan digər ictimai siyasi sistemə keçdiyi üçün biz universiteti iqtisadi, sosial və siyasi inkişafına dəstək verə bilən yüksək səviyyəli mütəxəssislər yetişdirmək niyyəti ilə yaratmışıq”. Niyyət fəaliyyətin ruhudur. Fəaliyyət niyyətə uyğun olduğuna əmin olduqdan sonra biz ekspertizanın nəticələrini komissiyaya təqdim etdik və komissiya müsbət qərar qəbul etdi. Qərb Universiteti o zamandan qanuni fəaliyyət göstərən qabaqcıl özəl universitetlərimizdən biridir.  Bir sıra universitetlərin ekspertizasını aparan DAEK üzvü kimi bu gün geriyə baxaraq qürur hissi keçirirəm ki, nə yaxşı ki, Qərb Universitetinin və bunun kimi bir neçə digər universitetlərin yaranmasında düzgün qərarlar qəbul etmişik.  Qərb Universiteti beynəlxalq səviyyədə bakalavr və magistr hazırlığının həyata keçirən yüksək elmi-pedaqoji potensiala malik bir ali təhsil ocağıdır. Bu gün bu universitetdə 180-dan çox yüksək səviyyəli alim (akademik, professor, dosent) və pedaqoqlarımız, üstəlik  25-dən çox xarici müəllim çalışır. Respublikanın bir sıra görkəmli şəxsləri, alimləri məsləhətçi və diplom rəhbəri kimi universitetlə yaxından əməkdaşlıq edirlər. Bu universitetdə tələbələrə keyfiyyətli təhsil vermək üçün mükəmməl təhsil mühiti yaradılmışdır. Tədrisin yüksək səviyyədə aparılmasında universitetin zəngin maddi-texniki bazası var. Müasir səviyyədə təchiz edilmiş auditoriyalar, kompüter otaqları, audio-video texnika, on minlərlə Azərbaycan, rus, ingilis, alman, fransız və ispan dillərində zəngin ədəbiyyata malik kitabxana fondu tələbələrin ixtiyarına verilmişdir.Qərb Universitetidə 1000-dən artıq tələbə müxtəlif ixtisaslar üzrə əyani və qiyabi formada bakalavr və magistr təhsili alır. Universitetin tələbələri bir və ya iki xarici dilə mükəmməl yiyələnirlər. İngilis dilinə mükəmməl dərəcədə yiyələnmiş tələbələr beynəlxalq konfrans və sərgilərdə tərcüməçi-bələdçi kimi iştirak edirlər. Qərb Universiteti keçid dövründə Respublikanın maraqlarını təmin edə biləcək mütəxəssislər yetişdirərək Azərbaycanın iqtisadi, sosial və siyasi inkişafına amallarına uyğun dəstək vermişdir. Universitetdə çap olunan “Evolution – Təkamül” jurnalı görkəmli elm adamlarına və gənc alimlərə öz elmi nəticələrini çap etdirməyə imkan verir. Keçid dövrünün yaşadığı propblemlərlə bağlı mənim də  “Keçid dövrünün  fəlsəfəsinə dair”(Evolution- Təkamül”, N1-2,s.14,1998)  kimi bir neçə məqalələrim bu jurnalda çap olunub. Qərb Universitetinin keyfiyyətli təhsil və yüksək səviyyəli elmi tədqiqatlar aparmaqla cəmiyyətdə müsbət imicə malikdir.Qərb universitetində ictimai şüuru inkişaf etdirən amillərə (xor oxumaq, yallı oynamaq, basketbol, futbol oynamaq və b.k.) daha çox diqqət verilir. Dünyanın müxtəlif ölkələrindən bir çox tələbənin Universitetə axını onun beynəlxalq nüfuzundan xəbər verir. Qərb Universiteti bir çox sanballı beynəlxalq qurumların üzvüdür.Qərb Universiteti bitirən yüzlərlə məzunları respublikamızın dövlət və qeyri-hökümət orqanlarında, müxtəlif kütləvi informasiya vasitələrində, xarici ölkələrin Azərbaycanda olan nümayəndəliklərində, beynəlxalq şirkətlərdə və xarici ölkələrdə çalışırlar.Qərb Universitetinin yaradıcıs prof. H. Bagırovu və rektoru, dəyərli Zemfira Məmmədovanı Universitetinin yubleyi münasibəti ilə ürəkdən sevinərək təbrik edirəm, yeni uğular arzulayıram.Prof.Şahlar Əsgərov,əməkdar elm xadimi


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler