Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Cütlüyün saunada polise yaxalanması xeberi yalan çıxdı – RƏSMİ

15 Eylül 2016

8:36 am


15/09/2016 [12:34]: xeber –
Dünən bəzi saytlarda həyat yoldaşı ilə saunaya gedən bir şəxsin polisin əməliyyat keçirməsi nəticəsində üzləşdiyi sərgüzəştlə bağlı material getmişdi. Bildirilirdi ki, həmin şəxs nə qədər and-aman etsə də polis əməkdaşları onun doğrudan da xanımı ilə saunada “istirahət” etməsinə inanamyıblar, yalnız bölməyə aparıldıqdan və nikah haqqında şəhadətnamə gətirildikdən sonra istirahətləri burunlarından gələn cütlük sərbəst buraxılıb.Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Orxan Mansurzadə sayt-la əlaqə saxlayaraq yayılan bu xəbərlərin həqiqəti əks etdirmədiyini, əksinə, təxribat xarakterli, şər-böhtana xidmət etməklə polisin işgüzar nüfuzuna xələl gətirməyə xidmət etdiyini bildirib. Şöbə rəisi xüsusi olaraq vurğulayıb ki, bu cür xəbərləri yayanlar qanun qarşısında məsuliyyətlərini dərk etməlidirlər və bir daha belə xəbərləri ictimai rəyə sırıyaraq həm milli-mənəvi dəyərlərimizi, həm də polis orqanlarının işgüzar nüfuzunu ləkələmək cəhdində olanlar qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyət daşıyacaqlar. O. Mansurzadə jurnalistləri diqqətli olmağa və bu cür xəbərlərin yayılmasına imkan verməməyə çağırıb. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler