Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Çünki Amerika kimi oturuşmuş dövletlerin siyaseti…”

08 Kasım 2016

12:36 pm


08/11/2016 [16:35]: xeber –
Bu gün Amerikada növəbti prezident seçkiləri keçirilir və hazırda dünyanın diqqət mərkəzi bu ölkəyə yönəlib. Seçkilərdə kim qalib gələcək, Amerikanın bundan sonra xarici siyasətində hansı dəyişiklik olacaq və sair kimi suallar insanları düşündürür.Bunu nəzərə alaraq Azərbaycan siyasətçilərinə müraciət edərək, ABŞ-da növbəti prezidentin kim olacağı və həmin ölkənin xarici siyasətində hansı yeniliklərin gözlənilməsi ilə bağlı mövqelərini öyrənməyə çalışdıq.Millət vəkili Fərəc Quliyev açıqlamasında bildirib ki, Amerikada kimin prezdent seçilməsindən asılı olmayaraq, onun xarici siyasətində ciddi dəyişiklik olmayacaq. “Çünki Amerika kimi oturuşmuş dövlətlərin siyasəti 50, hətta, 100 il öncəyə planlaşdırılır. Bu baxımdan, oturuşmuş institutları olan ölkələrdə kimin prezident olması bir az formal xarakter daşıyır. Belə ölkələrdə fərdlərin dövlətin siyasətinə təsiri yetərincə deyil”- deyə, millət vəkili vurğulayıb.Millət vəkili bildirib ki, seçkilərdə H. Klintonun qalib gəlmək şansı çoxdur: “Klinton prezident seçiləcəyi təqdirdə, ABŞ Rusiya arasındakı münasibətlərin bir az da gərginləşəcəyini gözləyirəm. Yaxın Şərq və Cənubi Qafqaz uğrunda mübarizə güclənəcək. Bundan əlavə olaraq dolların mövqeyi bir az da möhkəmlənəcək”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler