Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Cüdoçumuz “Rio–2016”–ya qelebe ile başlayıb

07 Ağustos 2016

2:28 pm


07/08/2016 [18:27]: xeber –
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən Nicat Şıxəlizadə ilk görüşünə çıxıb. 66 kq çəki dərəcəsində yer alan təcrübəli idmançı 1/16 finalda ispaniyalı Suqoy Uriarte ilə üz-üzə gəlib.Görüşün əvvəlində hakim hər iki cüdoçuya xəbərdarlıq edib. Az sonra Uriarte növbəti cərimə xalı alıb. Üstəlik, Şıxəlizadə ona fənd tətbiq edərək, yuko xalı alıb. Sona doğru Azərbaycan cüdoçusu da növbəti xəbərdarlıq xalı alsa da, ümumi nəticədə qələbəni əldən verməyib.Qeyd edək ki, Nicat Şıxəlizadə 1/8 finalda Sebastian Seydl (Almaniya) – Fabio Bazile (İtaliya) görüşünün qalibi ilə qarşılaşacaq.(Report–)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler