Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Cüdoçu Orxan Seferov Olimpiya Oyunlarını medalsız başa vurub – YENİLƏNİB-4

06 Ağustos 2016

8:48 pm


07/08/2016 [00:45]: xeber –
Səfərov bürünc medal uğrunda yapon idmançı Naohisa Takato ilə mübarizə aparıb. Apasport.az saytının məlumatına görə, bu oyunda tərəflər xal qazana bilməyiblər. İki dəfə xəbərdarlıq alan Orxan məğlub olub və Olimpiya Oyunlarını medalsız başa vurub. Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunur.      *****  Azərbaycan cüdoçusu Orxan Səfərov Rio-2016-nın yarımfinalında  qazaxıstanlı idmançı Yeldos Smetovla münasibətlərinə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, təmsilçimiz finalın bir addımlığında rəqibinə vaza-ari xalı ilə məğlub olub. Səfərov bürünc medal uğrunda  yapon idmançı Naohisa Takato ilə mübarizə aparacaq. Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunur.  ****  Azərbaycan cüdoçusu Orxan Səfərov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının  1/16 finalında Xuan Postiqosu (Peru) sınağa çəkib. Apasport.az saytının məlumatına görə, vazaari və yuko fəndləri ilə qalib gələn təmsilçimiz 1/8 finalda Otar Bestayev (Qırğızıstan) ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə,görüşün gedişində geri düşən idmançımız ipponla qalib gələrək 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə həmyerlimiz braziliyalı cüdoçu Felipe Kitadai ilə görüşüb. Bu rəqibini də ipponla məğlub edən Orxan yarımfinala yüksəlib. Cüdoçumuz bu mərhələdə qazax idmançı Yeldos Smetovla münasibətlərinə aydınlıq gətirəcək. Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunur. ***** Azərbaycan cüdoçusu Orxan Səfərov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında növbəti qələbəsini qazanıb. APA-nın məlumatına görə, cüdoçumuz 1/8 final mərhələsində Qırğızıstan təmsilçisi Otar Bestayevi məğlub edib. O. Səfərov 1/4 finalda Felipe Kitadai (Braziliya) – Tobias Enqlmayer (Almaniya) görüşünün qalibi ilə qarşılaşacaq.   ***  Azərbaycan cüdoçusu Orxan Səfərov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında çıxış edib. APA-nın məlumatına görə, idmançımız yarışa qələbə ilə başlayıb. 1/16 finalda Peru təmsilçisi Xuan Postiqos ilə üz-üzə gələn cüdoçu rəqibini məğlub edib və  növbəti mərhələyə yüksəlib. O. Səfərov 1/8 final mərhələsində  Qırğızıstan təmsilçisi Otar Bestayev ilə üz-üzə gələcək


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler