Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Çox teessüf ki, Heyder Əsedov ve Mamed Musayev bu teşebbüse destek vermediler”

19 Ekim 2016

7:44 pm


19/10/2016 [23:40]: xeber –
Oktyabr ayında gözlənilməz hava şəriati təkcə paytaxtda və əyalətlərdə çeşidli problemlər yaratmadı. Eyni zamanda ölkənin bir sıra pambıqçılıq rayonlarında minlərlə fermerin gözünü dikdiyi və min bir zəhmətlə becərdiyi pambığın demək olar ki, leysanın güdazına getməsi bu sahəyə olan marağın azalmasına səbəb ola biləcəyi təhlükəsi realdır. Odur ki, sayt ölkənin bir nömrəli pambıqçısı, təkbaşına az qala bir rayon qədər pambıq toplamağa nail olan tanınmış fermer Əfras Əsgərovdan Sabirabaddakı son durumu soruşaraq aşağıdakı cavabı alıb:”Olkə prezidenti yanvar ayında  pambıq məsələsin qaldırdı. Çox təəssüf ki, Heydər Əsədov və Mamed Musayev kimi iriçaplı məmurlar bu təşəbbüsə yetərincə və vaxtında dəstək vermədilər. Nəticədə şumlama və əkin bir ay gecikdi. Əsas səbəb budur. Yağışlar həmişə olub və bu il bir az cox oldu. Şəxsən mənim 50 hektar sahəm aprel ayında əkilmişdi və o sahələrdən indiyə kimi 120 ton pambıq dərmişəm. Bu kifayət qədər yaxşı rəqəmdir və xeyli qazanc verib. Lakin may ayının ikinci yarısında əkilən sahələrdə qozalar hələ tam açmayıb. Bax əsas problem budur. Ağarmış sahələri havalar açılan kimi rahat yığacaqlar. Maşınla və ya əllə fərqi yoxdur. Əsas məsələ qozaların açmasının gecikməsidir. İnşallah havalar yaxşılaşsa bol məhsul olacaq. 2-ci vacib məsələ şirkətlərin mövcud reallığı nəzərə alıb pambığın sortunu aşağı salmaması lazımdır. Əgər bu baş verərsə fermerlərin əli soyuyacaq və həm özləri itirəcək, həm də şirkətlər. Beləliklə prezdentin təşəbüsü boğulacaq. Bu il mümkün vasitələrlə mümkün qədər fermerləri bu çətinlikdən az ziyanla cıxara bilsələr, bu, növbəti əkin ili üçün bir stimul verər. Sonda onu da əlavə edim ki, bu gün də hələ ki, növbəti il üçün gecikirlər. Mən bir neçə gün öncə sizin saytda müraciət edərək dövlət başçısı ilə görüşmək üçün yardımınız istəmişdim. Cənab prezidentlə görüşə bilsəm onu inandırmağa çalışaram ki, ölkəmizdə “AZƏRPAMBIQ” istehsalat birliyi yaratsın. Pambıqçılığı bu gün yönəldənlərin istədiyimiz uğuru əldə edəcəyinə inanmıram”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler